Hakan Fidan bir neçə ölkədən olan həmkarı ilə Suriya məsələsini müzakirə edib
Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan latviyalı həmkarı Baiba Braze, Çexiya XİN rəhbəri Yan Lipavski, Pakistanın xarici siyasət idarəsinin rəhbəri Məhəmməd İshaq Dar, İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Joze Manuel Albares və Fransanın xarici işlər naziri Jan-Noel Barro ilə telefon danışıqlarında Suriyadakı hadisələri müzakirə edib.
"Report" bu barədə "Habertürk"ə istinadən xəbər verir.
Söhbət zamanı Suriyanın ərazi bütövlüyü çərçivəsində sabitlik və sülhün bərqərar olmasının vacibliyi vurğulanıb.
Telefon danışıqlarında nizamlı keçid dövrü, Suriyanın xaosa düşməməsi və terror təşkilatlarının güclənməsinin qarşısını almaq üçün koordinasiyanın qurulması ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər Livandakı vəziyyəti də müzakirə ediblər və Suriyadakı proseslərin bu ölkəyə mənfi təsirinin qarşısının alınması barədə danışıblar.
Baxış sayı:133
Bu xəbər 09 Dekabr 2024 03:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















