Hakan Fidan: BMT güclülərin tərəfini tutan bir sistemə çevrilib
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan 4-cü Antalya Diplomatiya Forumunda çıxış edib.
Turkustan.az xəbər verir ki, Fidanın açıqlamalarından diqqət çəkən məqamlar belədir:
“Təəssüf ki, silahlanma yarışı yenidən başlayıb.Bu mühitdə qlobal idarəetmənin aşınması ən mühüm sınaq kimi qarşıya çıxır. Beynəlxalq sistem üçün ən böyük təhlükə qanunsuzluq və iradənin hökm sürdüyü qaranlıq gələcəkdir. Sağlam düşüncəyə və ədalətə əsaslanan real siyasətlərə hər zamankindən daha çox ehtiyac var.
Birləşmiş Millətlər Təşkilatı Qəzzadakı qətliamla bağlı səssiz qaldı. Dünya sisteminin mərkəzində güc deyil, sağ üstünlük təşkil edir. Türkiyə böhranların mərkəzində olan, eyni zamanda həll yollarının mərkəzində olan bir ölkədir. Bu gün Türkiyə Qəzzaya səsini ucaldan, Ukraynaya sülh çağırışı edən bir aktyordur. Bölgəmizdə tərəqqi yalnız əməkdaşlıq və həmrəylik nəticəsində mümkündür. Ona görə də biz əməkdaşlığımızda qonşularımızı düşmən kimi yox, tərəfdaş kimi görürük”.
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:138
Bu xəbər 11 Aprel 2025 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















