Hakan Fidan bu gün Moskvada Putinlə görüşəcək
Missiya.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Moskvaya səfərinin ilk günündə Rusiya Prezidenti Vladimir Putin, Prezidentin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşlər keçirməyi planlaşdırır.
Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat yayıb.
"Hakan Fidan bu gün Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin tərəfindən qəbul ediləcək, daha sonra isə Prezidentin köməkçisi Vladimir Medinski və Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinlə görüşlər keçirməyi planlaşdırır. Mayın 27-də isə Fidanın Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü baş tutacaq", - deyə vurğulanıb.
Qeyd olunub ki, bundan əlavə Fidan mayın 26-da Rusiya-Türkiyə Sahibkarlar İttifaqının idarə heyətinin üzvləri ilə də görüşmək niyyətindədir.
Daşqın Həsənov
Missiya.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 26 May 2025 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















