Hakan Fidan həmkarı ilə görüşəcək
Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan sabah almaniyalı həmkarı Johann Vadephul ilə görüşəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Türkiyə KİV məlumat yayıb.
Bildirilib ki, Almaniya XİN rəhbəri sabah Türkiyəyə rəsmi səfər edəcək.
Hakan Fidanın Vadephul ilə keçirəcəyi görüşdə Türkiyə ilə Almaniya arasında yüksək səviyyəli məsləhətləşmə və dialoq mexanizmlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətini vurğulaması, həmçinin inkişaf edən ikitərəfli iqtisadi və ticarət əlaqələrdən məmnunluğunu ifadə etməsi gözlənilir.
Türkiyəli nazir həmçinin, Türkiyə–Avropa İttifaqı münasibətləri ilə bağlı gündəmdə olan məsələlərə dair fikirlərini bölüşəcəyi və Avropada hazırlanacaq təhlükəsizlik strategiyalarının NATO çərçivəsində koordinasiyalı şəkildə aparılmasının vacibliyini vurğulayacağı qeyd edilir.
Baxış sayı:54
Bu xəbər 16 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















