Hakan Fidan iranlı həmkarı ilə etirazları müzakirə etdi
Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İrandakı vəziyyəti müzakirə etmək üçün iranlı həmkarı Abbas Araqçı ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik təfərrüatları açıqlamadan bildirib ki, söhbət zamanı İrandakı son hadisələr müzakirə olunub.
Xatırladaq ki, 29 dekabr 2025-ci ildə Tehranda tacirlər və biznes nümayəndələri İran rialının kəskin şəkildə düşməsi səbəbindən etiraz aksiyalarına başlayıblar. Nümayiş sonradan böyük şəhərlərə yayılan iğtişaşlara çevrilib. Xarici işlər naziri Əraqçinin sözlərinə görə, 8 yanvardan bəri etirazçılar arasında silahlı terrorçular peyda olub. İran hakimiyyəti iğtişaşların təşkilində İsrail və ABŞ-ni günahlandırıb.
ABŞ prezidenti Donald Tramp əvvəllər Tehrana qarşı güc tətbiq etməyi ciddi şəkildə nəzərdən keçirdiyini bildirmişdi. Gözlənilir ki, tezliklə o, İrandakı hadisələrə cavab vermək üçün ölkə daxilindəki hədəflərə zərbə endirəcək.
Ağarza Elçinoğlu
Baxış sayı:36
Bu xəbər 14 Yanvar 2026 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















