Hakan Fidan: İsrailin məqsədi iki dövlətli həll yolunun qarşısını almaqdır
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail qonşumuz İrana hücum edir və bölgəni tam fəlakətə sürükləyir.
APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.
“Biz zülmün qarşısında durmağa davam edəcəyik. İsrailin işğalçılıq siyasəti bölgədəki problemi bütün çılpaqlığı ilə ortaya qoyur. Bu problem Fələstin, Livan, Suriya, Yəmən və ya İran deyil, heç şübhəsiz İsrail problemidir. Nüvə danışıqları davam edərkən İsrailin İrana hücumunu şiddətlə qınayırıq”, - Hakan Fidan qeyd edib.
Türkiyə XİN rəhbəri vurğulayıb ki, beynəlxalq ictimaiyyət İsrail-İran müharibəsinin daha geniş münaqişəyə çevrilməsinin qarşısını almalıdır: “Bölgəmiz üçün fəlakətli nəticələrə səbəb ola biləcək bu hücumlar dərhal dayandırılmalıdır”.
Hakan Fidan onu da qeyd edib ki, İsrailin məqsədi fələstinliləri sürgün etmək və iki dövlətli həll yolunun qarşısını almaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 21 İyun 2025 14:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















