Hakan Fidan: Pakistanla Türkiyə İranla ABŞ arasında vasitəçilik edir
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İndi danışıqlarda bir mərhələyə gəlindiyi və irəliləyişin olduğu görünür. Ən azından danışıqlar başlayıb”.
Ölkə.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Nazir Fidan bildirib ki, danışıqlar Pakistan vasitəsi ilə həyata keçirilir: “Pakistan vasitəsilə bir mesaj çatdırılır. Amerikalılar bunu bizimlə əlaqələndirirlər, biz danışırıq. Biz həmçinin iranlıları da bu barədə məlumatlandırırıq".
Pakistanın danışıqlarda mərkəzi rol oynadığını vurğulayan Fidan əlavə edib ki, Misir, Avropa və regional həmkarları ilə də tez-tez danışıqlar aparırıq.
Onun sözlərinə görə, İrandakı dağıntılar vasitəçilərin işini çətinləşdirir, amma ümid edirik ki, ümidimizi itirmədən işləməyə davam edəcəyik.
"Hər iki tərəfə mesajım budur ki, bu açıq mövqeləri çox ciddiyə almayın, amma hər iki tərəfdə real niyyət varsa, onları mütləq bir yerə toplaya bilərsiniz. Beləliklə, burada vacib olan danışıqların davam etməsi, tərəflərin danışıqlardan geri çəkilməməsi, səmimi olması və bir-birlərinə etibar etmələridir", - Hakan Fidan qeyd edib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 28 Mart 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















