Icma.az
close
up
RU
Hakan Fidan Trampın təhdidinə nöqtəni qoydu

Hakan Fidan Trampın təhdidinə nöqtəni qoydu

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ Prezidenti Donald Trampın “Qəzzanı ələ keçirəcəyik. 

1,8 milyon fələstinli İordaniya və Misir kimi ölkələrdə məskunlaşmalıdır” təhdidinə cavab verib. 

“Cebheinfo.az” xəbər verir ki, ABŞ Prezidenti Tramp Ağ Evdə qəbul etdiyi İsrailin Baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransı keçirib. 

Qəzzanın indi tamamilə dağıdılmış böyük bir dağıntı sahəsi olduğunu qeyd edən Tramp qalmaqallı ifadələr işlədib:   

"Qəzza zolağına sahib çıxacağıq. Lazım gələrsə, əsgər göndərəcəyik. Onu inkişaf etdirəcəyik. Minlərlə iş yeri yaradacaq və bütün Yaxın Şərqin fəxr edəcəyi bir ərazi olacaq. 1,8 milyon fələstinli İordaniya və Misir kimi ölkələrdə məskunlaşmalıdır". 

Trampın Qəzza açıqlaması dünya ictimaiyyətində hiddət doğursa da, Türkiyədə təhdidlərə ilk reaksiya xarici işlər naziri Hakan Fidandan gəlib. Nazir Fidan qatıldığı proqramda "Trampın Qəzza ilə bağlı çıxışı qəbuledilməzdir. Fələstin məsələsi sürgündən sonra başladı. Qəzza xalqının sürgün edilməsi təklifi belə müzakirə edilə bilməz",- deyib. Fidan açıqlamalarında qeyd edib ki, hazırda atəşkəs razılaşmasının icrasının birinci mərhələsi davam edir:

“İnsanların yaşaması üçün humanitar yardım və çadırların keçməsi kimi humanitar yardım materiallarının ötürülməsində bəzi problemlər var, biz region ölkələri ilə onların öhdəsindən gəlməyə çalışırıq. Netanyahu girovları geri aldıqdan sonra Qəzzada müharibəni yenidən başlatmağa cəhd edə bilər. Ölkələr bunu nəzərə almalıdır. Trampın Qəzza ilə bağlı açıqlaması qəbuledilməzdir, Fələstin məsələsi məhz bu səbəbdən başlayıb... Fələstinlilərin sürgün edilməsi və israillilərin ölkəyə gətirilməsi ilə başladı. 

Bu problemin 1967-ci il sərhədlərinə uyğun Fələstin dövləti ilə həll ediləcəyi fikri var. Biz Trampın iki dövlətli həll haqqında heç nə dediyini görmürük. Deportasiya məsələsi bizim qəbul edə biləcəyimiz məsələ deyil. Bunu müzakirəyə çıxarmaq belə düzgün deyil. Bu, mənasız izahatdır. 

Bizim mövqeyimiz aydındır. Biz mövqeyimizdə dedik ki, sizin soyqırımınıza qarşı bacardığımız bütün üsullarla dayanırıq. Bu da beynəlxalq miqyasda çox şeyə səbəb oldu. Qəzzada əsas vəziyyət insanların soyqırıma məruz qalmasıdır.1,8 milyon insan ölümlə mübarizə aparır. Həm İsrailin, həm də fələstinlilərin təhlükəsizlik narahatlıqlarını nəzərə alan araşdırmalara ehtiyac var. Burada biz dünyanın cəngəllik qanununa doğru getdiyini görürük, yəni “Mən güclü olduğum üçün bunu edirəm” məntiqi məqbul deyil. Qəzzalıların deportasiyası təklifi hətta müzakirə belə edilə bilməz”. 

Nigar 
“Cebheinfo.az”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2025 13:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri