Icma.az
close
up
RU
Hakan Fidandan Azərbaycan açıqlaması: Əvvəldən xəbərimiz vardı

Hakan Fidandan Azərbaycan açıqlaması: Əvvəldən xəbərimiz vardı

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Türkiyə xarici işlər naziri Hakan Fidan Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması barədə açıqlama verib.

Turkustan.az xəbər verir ki, o, bu barədə Əl-Aləmeyndə Misir xarici işlər naziri Bədr Əbdüləti ilə birgə mətbuat konfransında danışıb.

Hakan Fidan müqavilənin imzalanmasından dərhal sonra azərbaycanlı həmkarı Ceyhun Bayramovla müqavilənin təfərrüatları ilə tanış olmaq üçün uzun sürən telefon danışığı apardığını və dəhlizlə bağlı məsələləri də müzakirə etdiklərini bildirib:

“Bizə əvvəlcədən məlumat verilmişdi, əldə edilən sülh vacibdir. Azərbaycan öz mübarizəsi ilə torpaqlarını azad etdi. İşğalın sona çatması sülhü zərurətə çevirdi. Qafqazda əldə olunan razılaşma mühüm hadisədir”.

Avqustun 8-də ABŞ-də baş tutan görüşdə sülh sazişinin paraflandığını söyləyən nazir əlavə edib ki, Türkiyə yekun müqavilənin imzalanmasını gözləyir:

“Tərəflər arasında uzun danışıqlar prosesi oldu. Bu danışıqlar prosesi zamanı, dünən Vaşinqtonda parafladıqları mətnlə bağlı böyük ölçüdə razılığa gəliblər. Mətndən kənarda qalan bir neçə məsələ var. Bunlardan biri də Zəngəzur dəhlizidir. Ümid edirik ki, bu şərtlər yerinə yetirildikdən sonra paraflanmış mətnlərin imzalanmasını qarşıdakı dövrdə görəcəyik. ABŞ-nin təşəbbüsü ilə həyata keçirilən bu razılaşma müstəsna əhəmiyyətə malikdir. Başqa sözlə, regionumuzda - uzunmüddətli münaqişənin mövcud olduğu Qafqazda sülhə, davamlı sülhə ümidin yaranmasından məmnunuq”.

Xarici işlər naziri Türkiyənin bu prosesdəki roluna toxunaraq, Prezident Rəcəb Tayyib Ərdoğanın baxışlarına uyğun olaraq Türkiyənin Azərbaycanın ədalətli mübarizəsini əvvəldən və işğaldan sonrakı dövrdə sülh prosesini tam dəstəklədiyini vurğulayıb: “Hər iki tərəfi bu mövzuda həvəsləndirdi. Hər iki tərəfi bu münasibətlə atdıqları cəsarətli addımlara görə təqdir edirik. ABŞ-nin bu mövzuda konstruktiv təşəbbüsünü və töhfələrini də yüksək qiymətləndiririk”./t

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:107
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Avqust 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see282

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see264

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see262

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see247

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see241

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see241

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see240

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see237

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see231

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see226

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see225

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see213

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see211

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see208

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see208

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see202

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see201

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see195

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri