Hakan Fidandan İranla bağlı AÇIQLAMA: Müharibənin müddəti və forması dəyişə bilər
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ və İsrailin İrana qarşı hücumlarını şərh edərək, Ankaranın müharibənin daha da genişlənməməsi üçün intensiv diplomatik səylər göstərdiyini bildirib.
Oxu.Az xəbər verir ki, məlumatı "Milliyyet" qəzeti yayıb.
Nazirin sözlərinə görə, hücumdan bir saat əvvələ qədər diplomatik təşəbbüslər davam edib və Körfəz ölkələri müharibənin qarşısını almağa çalışıblar.
"Region son 20 ildə ağır münaqişələr yaşayıb və hazırkı qarşıdurma artıq təkcə sərhədlərlə məhdudlaşmır. İran enerji infrastrukturuna yönələn strateji addımlar atır və bu, həm region, həm də qlobal enerji təhlükəsizliyi üçün ciddi risk yaradır", - deyə o bildirib.
Nazir vurğulayıb ki, müharibənin müddəti və yayılma forması qarşıya qoyulan hədəflərdən asılı olacaq, İranın hərbi potensialının sıradan çıxarılması və ya rejim dəyişikliyinə yönəlmiş əməliyyat ssenariləri mümkün variantlar arasındadır.
H.Fidan əlavə edib ki, Türkiyə bir sıra ölkələrlə təmaslar apararaq prosesin daha da gərginləşməsinin qarşısını almağa çalışır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 03 Mart 2026 23:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















