Hakan Fidandan NATO nun gələcəyi ilə bağlı AÇIQLAMA
Icma.az bildirir, Bizim media portalına istinadən.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada start götürən 36-cı NATO Sammitinin alyansın gələcək inkişafı üçün həlledici mərhələ olacağını bildirib.
Bizim.Media xəbər verir ki, Hakan Fidan sammitin NATO-nun yeni qlobal çağırışlara uyğunlaşması və Avroatlantik təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayacağını vurğulayıb.
Nazir qeyd edib ki, müasir təhdidlər daha mürəkkəb və çoxşaxəli xarakter aldığı üçün NATO öz müdafiə potensialını gücləndirməli, hərbi sənayeni inkişaf etdirməli və operativ hazırlıq səviyyəsini artırmalıdır.
Fidan Avropanın kollektiv təhlükəsizlikdə daha fəal rol oynamalı olduğunu, lakin hazırkı müdafiə-sənaye əməkdaşlığı məhdudiyyətlərinin müttəfiqlər arasında effektiv qarşılıqlı fəaliyyətə mane olduğunu diqqətə çatdırıb.
Nazir bildirib ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə "daha ardıcıl, qabiliyyətli və dayanıqlı bir NATO"nun formalaşmasına töhfə verməkdə qərarlıdır. Onun sözlərinə görə, Ankara sammitində qəbul ediləcək qərarlar alyansın strukturlarının modernləşdirilməsi üçün əsas istiqamətverici qüvvə olacaq.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 07 İyul 2026 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















