Icma.az
close
up
RU
Hakan Fidanın açıqlaması Ermənistanı qarışdırdı

Hakan Fidanın açıqlaması Ermənistanı qarışdırdı

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Türkiyə xarici işlər naziri Hakan Fidan yanvarın 15-də mətbuat konfransında regional məsələlər, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri, həmçinin “Tramp Marşrutu” layihəsindən danışıb. Ermənistan mediası və bəzi siyasi dairələr onun açıqlamalarını təhrif ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın faktların yoxlanılması platforması Fip.am yazıb.

Mətbuat konfransı zamanı Ermənistanla bağlı hissədə Hakan Fidan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Vaşinqtona səfəri zamanı “Tramp Marşrutu” ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, bəzi texniki problemlərin mövcud olduğunu bildirib. O əlavə edib ki, Türkiyə və Azərbaycan da bu razılaşmanı araşdırır, məsələni Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla müzakirə edib.

Prosesdə Türkiyənin gözləntilərindən danışarkən xarici işlər naziri qeyd edib:

“Gözləntimiz budur ki, Azərbaycan və Ermənistan arasında əldə edilmiş ilkin razılaşma yekun imza ilə başa çatsın və Türkiyə ilə Ermənistan arasında münasibətlərin tənzimlənməsi mümkün qədər tez həyata keçirilsin ki, bölgədə sabitlik və rifah yolunda irəliləyə bilək. Hazırda Azərbaycan, Ermənistan və Türkiyə siyasi rəhbərliklərində bu iradə mövcuddur, hər üç tərəf bu niyyətə sahibdir və Ermənistandan yerinə yetirilməsi tələb olunan yalnız bir neçə addım var”.

Fidan həmçinin qeyd edib ki, Ermənistanda 2026-cı ilin iyun ayında seçkilər keçiriləcək və bu proses mühüm mərhələ olacaq:

“Gördüymüz budur ki, Ermənistan Baş naziri Nikol Paşinyan hazırda ictimai rəylərdə liderdir. Onun səmimi şəkildə bu məsələdə göstərdiyi konstruktiv rolunu yüksək qiymətləndiririk. Bu yanaşma, bu iradə davam etdirilməlidir”.

Ermənistanda necə təqdim edilib?

Ermənistan mediası və əsasən müxalif siyasi dairələr yanlış məlumat yayaraq iddia ediblər ki, Hakan Fidan Türkiyənin gələcək seçkilərdə Nikol Paşinyana dəstək verəcəyini bildirib.

Məsələn, “Respublika” Partiyanın üzvü, deputatı Anna Mkrtçyan Feysbukda yazıb:

“Türkiyə xarici işlər naziri açıq şəkildə bildirib ki, gələcək seçkilərdə Nikol Paşinyana dəstək verəcəklər”.

“Sputnik Ermənistan”ın şərhçisi Arman Abovyan bildirib:

“Türkiyə xarici işlər naziri Hakan Fidan söyləyib ki, Türkiyə gələcək seçkilərdə Nikol Paşinyana dəstək verəcək”.

Rusiyalı iş adamı Samvel Karapetyanın “Bizim Yol” hərəkatının koordinatoru Narek Karapetyan da bu dezinformasiyaya qoşulub:

“Türkiyə xarici işlər naziri bəyan edib ki, Türkiyə 2026-cı il seçkilərində Paşinyana dəstək verəcək”.

“Tert”, “Kanal 5” və “Yerkir” saytları da belə yazıblar:

“Türkiyə Ermənistan seçkilərində Nikol Paşinyana dəstək verir”.

Hakan Fidanın rəsmi bəyanatında isə Türkiyənin Ermənistan seçkilərinə müdaxilə etdiyi və ya Nikol Paşinyanı namizəd kimi dəstəklədiyini göstərən heç bir ifadə yoxdur. Türkiyə xarici işlər nazirinin sözlərində vurğulanan odur ki, seçkilər olacaq və sorğulara görə Paşinyan liderdir, Ankara onun regional və dövlətlərarası proseslərdə göstərdiyi konstruktiv rolunu yüksək qiymətləndirir. Beləliklə, Ermənistanın bəzi media qurumları və siyasi dairələri Fidana aid olmayan ifadələri onun adına yazaraq yanlış təsəvvür yaradıb ki, Türkiyə Ermənistanın daxili siyasətinə müdaxilə edir./Teleqraf 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:238
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri