Hakan və Əraqçi ikitərəfli və regional məsələləri müzakirə ediblər
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Rio-de-Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində iranlı həmkarı Abbas Əraqçi ilə görüşüb. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xəbəri “Anadolu” verib.
Məlumata görə, görüşdə ikitərəfli münasibətlərin vəziyyəti, regional məsələlər, İranın nüvə fəaliyyəti ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, Ankara regiondakı bütün fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır. Türkiyə isə bu istiqamətdə səylərə hərtərəfli kömək etməyə hazırdır.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:Paşinyan Abbas Əraqçi ilə ikitərəfli və regional məsələləri müzakirə edib
25 Mart 2025 15:41
Hakan Fidan və Sergey Lavrov regional məsələləri müzakirə ediblər
13 Yanvar 2025 02:09
Hakan Fidan və Abbas Əraqçi Ciddədə görüşdü
25 Avqust 2025 19:22
Bayramovla Lavrov ikitərəfli və regional məsələləri müzakirə edib
12 Aprel 2025 20:39
Fidan və Lavrov regional məsələləri müzakirə ediblər
14 Noyabr 2024 12:53
Baxış sayı:47
Bu xəbər 07 İyul 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















