Icma.az
close
up
RU
Haker antivirusların təyini edilməsi əngəlləmək üçün süni intellektdən istifadə edib

Haker antivirusların təyini edilməsi əngəlləmək üçün süni intellektdən istifadə edib

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

Süni intellekttin bir çox istifadə sahəsi olduğu kimi, təəssüf ki, pis niyyətlə istifadə olunan sahələri də mövcuddur. Yeni trend isə hakerlərin kod yazmadan antivirusları aşa bilməsi və zərərli proqramlar istehsal etməsidir.

Bizimyol.info "webtekno"ya istinadən xəbər verir ki, ESET adlı təhlükəsizlik şirkətinin hesabatına görə, bir haker yeni inkişaf etdirdiyi fidyə proqramında süni zəka istifadə edərək antivirus proqramlarını aldada bilib.

"PromptLock" adlı bu zərərli proqram, kompüterdəki faylları şifrələyərək kilidləyir və bunun müqabilində ödəmə tələb edir.

Normalda antivirus proqramları bu tip hücumları tez bir zamanda aşkarlaya bilir, amma süni intellekt sayəsində proqram hər dəfə fərqli davranışlar göstərdiyi üçün aşkar edilməsi çox daha çətinləşir. Üstəlik, bu proqram "Windows", "Mac" və "Linux" kimi müxtəlif əməliyyat sistemlərində işləyir və xüsusilə kripto cüzdanlarını hədəf alır.

Mütəxəssislərə görə, bu proqramı inkişaf etdirən şəxsin inkişaf etmiş proqramlaşdırma biliklərinə belə sahib olmadığını düşünürlər. Yəni, artıq kod yazmağı bilməyən, ancaq süni intellekti idarə edən şəxslər belə bu cür təhlükəli hücumlar həyata keçirə bilər.

Siber təhlükəsizlik icmalarında bu yeni nəsil hakerlərə "prompt kiddie" (komanda uşaq) adını verirlər, çünki onların əlində yalnız süni intellektin verdikləri əmrlər olur, amma bu belə ciddi təhdidlər yaratmağa kifayət edir.

Mütəxəssislər istifadəçilərə diqqətli olmağı və təhlükəsizlik proqramlarını yeniləməyə davam etməyi tövsiyə edirlər.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 30 Avqust 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri