Haker hücumlarına qarşı ən həssas iPhone modelləri açıqlandı
Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Köhnə model "iPhone" smartfonlarından istifadə edənlər haker hücumları qarşısında ən müdafiəsiz qrup hesab olunur. "TechCrunch" nəşrinin məlumatına görə, təhlükəsizlik yeniləmələrini almayan cihazlar fırıldaqçıların əsas hədəfinə çevrilib.
Son bir ay ərzində "Google", "iVerify" və "Lookout" şirkətlərinin ekspertləri dünya miqyasında bir neçə iri haker hücumu qeydə alıblar. Bu hücumlar demək olar ki, bütün istifadəçiləri hədəf alır. Əsas risk isə əməliyyat sistemi (iOS) ən son versiyaya yenilənməmiş "Apple" cihazlarını gözləyir.
"iVerify" şirkətinin həmtəsisçisi Mattias Frilinqsdorf qeyd edib ki, aktual iOS versiyalarından istifadə edənlərə qarşı kütləvi hücumlar etmək hakerlər üçün çox çətindir. Çünki yeni sistemlər maksimum dərəcədə qorunur və onları sındırmaq böyük zəhmət tələb edir. Əksinə, köhnə proqram təminatlı cihazlardakı boşluqlar hakerlər üçün "açıq qapı" rolunu oynayır.
Təhlükəsizlik eksperti Patrik Uordl isə bu hücumların çoxunun yüksək texnoloji bilik tələb etmədiyini vurğulayıb. Zəif qorunan sistemləri sındırmaq müəyyən avadanlıqla kifayət qədər asandır. Xüsusilə "Coruna" adlı zərərli proqramdan qorunmaq üçün mütəxəssislər iOS 18 və daha köhnə versiyalarda qalan istifadəçiləri cihazlarını dərhal yeniləməyə çağırıblar.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Avtomobillər haker hücumlarına qarşı nə dərəcədə müdafiəsizdir?
31 Oktyabr 2026 22:40
Haker hücumlarına ən çox Dövlət İmtahan Mərkəzinin istifadəçiləri məruz qalıb
05 Sentyabr 2025 11:45
Tarixin ən bahalı “iPhone” modelləri gəlir
05 Avqust 2026 04:02
Çin avtomobillərinin ən həssas hissəsi açıqlandı
01 May 2026 13:49
Ən çox satılan smartfon modelləri açıqlandı SİYAHI
04 İyun 2025 16:26
Baxış sayı:129
Bu xəbər 28 Mart 2026 15:15 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları