Hakim katolikosun işinə baxmaqdan imtina etdi
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
Bütün Ermənilərin Katolikosu II Qaregin və Ali Ruhani Şurasının 6 üzvünə qarşı cinayət işinə sədrlik edən hakim Akop Manukyan işdən imtina edib.
"Yeni Sabah" xəbər verir ki, məhkəmə iclası təxirə salınıb.
II Qaregin Ermənistan və Erməni Kilsəsi tarixində ilk dəfə məhkəmə qarşısına çıxıb. Marqarita pizza
Bu ilin fevral ayında Ermənistan Baş Prokurorluğu Bütün Ermənilərin Katolikosu II Qareginə qarşı cinayət işi açıb. Onun ölkədən çıxışı qadağan edilib. Cinayət işi keçmiş ruhani Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamları ilə bağlıdır.
Ermənistanın Baş naziri Nikol Paşinyanın kilsə əleyhinə kampaniyasına qoşulan Saroyan, Katolikosun əmri ilə ölkə yeparxiyalarından birinin rəhbəri və Ali Ruhani Şuranın qərarı ilə vəzifəsindən azad edilib. Saroyan vəzifəsinə bərpa olunması üçün iddia qaldırıb.
Xəbərlərə görə, Paşinyan Bütün Ermənilərin Katolikosu II Qaregini milli təhlükəsizliyə təhdid hesab edərək, onun taxtdan imtina etməsini tələb edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 07 Avqust 2026 18:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















