Hakim kobud səhvə yol verdi, komitə sədri üzr istədi
Qol.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İtaliya A Seriyasında baş tutan "İnter" - "Yuventus" matçında hakim idarəçiliyi ilə bağlı rəsmi açıqlama verilib.
QOL.az "ANSA" agentliyinə istinadən xəbər verir ki, A Seriyasının Hakimlər Komitəsinin sədri Canluka Rokki prinsipial matçda yol verilən kobud səhvə görə üzr istəyib.
Söhbət qarşılaşmanın 42-ci dəqiqəsində "Yuventus"un müdafiəçisi Pyer Kalulunun meydandan qovulmasından gedir. Baş hakim Federiko La Penna həmin epizodda Kalulunun rəqib oyunçu Alessandro Bastoniyə qarşı kobudluq etdiyini əsas gətirərək ona ikinci sarı vərəqəni göstərib və onu qırmızı vərəqə ilə cəzalandırıb.
A Seriyasının Hakimlər Komitəsinin sədri açıqlamasında deyib:
"Bu hadisəyə, La Pennanın yanlış qərarına və VAR sisteminin bu səhvi düzəltmək üçün müdaxilə edə bilməməsinə görə dərin təəssüf hissi keçirir və üzr istəyirik".
İtaliya mətbuatının məlumatına görə, bu səhvə görə La Penna 2-4 həftəlik cəzalandırıla bilər.
Xatırladaq ki, matç "İnter"in 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:187
Bu xəbər 15 Fevral 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















