Icma.az
close
up
RU
Hakim partiyalar arasında dialoq şəraitində intensiv təmaslar diqqəti cəlb edir Tahir Budaqov

Hakim partiyalar arasında dialoq şəraitində intensiv təmaslar diqqəti cəlb edir Tahir Budaqov

Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Hər birinizi “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda salamlamaqdan məmnunluğumu ifadə edir, dəvətimizi qəbul edərək ölkəmizə səfərə gəlmiş Çin Kommunist Partiyasının nümayəndə heyətinə təşəkkürümü bildirir və konfransın işinə uğurlar arzulayıram". SİA xəbər verir ki, bu sözləri “Azərbaycan-Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi” mövzusunda konfransda çıxışı zamanı Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri cənab Tahir Budaqov deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasındakı münasibətlər dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlığa əsaslanır: "Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpin iki ölkə arasında əlaqələrin inkişafına böyük önəm verirlər. Dövlət başçılarının iradələri sayəsində müxtəlif sahələri əhatə edən çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət həyata keçirilir. Fəal siyasi dialoq və davamlı diplomatik təmaslar fonunda son olaraq 2024-cü ilin iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu müstəqil siyasət həyata keçirən iki dövlətin ortaq iradəsini ifadə etməklə gələcəyə yönəlik çox önəmli addım kimi böyük əhəmiyyətə malikdir. Bəyannamədə qeyd edildiyi kimi, tərəflər siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini irəlilətməyə dair razılıq əldə etmişlər. Bu, Azərbaycan ilə Çinin bir-birini prioritet və etibarlı tərəfdaş hesab edərək strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirmək əzmini göstərir.

Dünyada yüksək nüfuza malik olan dövlətlər kimi Azərbaycan ilə Çin beynəlxalq müstəvidə əməkdaşlığı xüsusi diqqət mərkəzində saxlamaqla bir-birinin maraqlarının qorunmasına böyük önəm verirlər. Öz ərazi bütövlüyü və suverenliyini tam təmin edərək yeni geostrateji reallıqlar yaradan Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini əsas götürərək müstəqil dövlətlərin, o cümlədən dost və tərəfdaş Çinin ərazi bütövlüyünə, eləcə də Vahid Çin prinsipinə birmənalı dəstəyini daim ifadə etməkdədir. Öz növbəsində, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olan Çin Xalq Respublikasının Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməsi xalqımız tərəfindən yüksək dəyərləndirilir. Çinin ölkəmizin BRICS platformasında təmsilçiliyinə və Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin inkişafına dəstək göstərməsi isə daha bir səmimi dostluq və tərəfdaşlıq nümunəsidir.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində Avrasiyanın mühüm tranzit qovşağına çevrilən Azərbaycan Çinin "Bir kəmər, bir yol" layihəsinə ilk dəstək verən ölkələrdən biri kimi bu layihə və Orta Dəhliz çərçivəsində əməkdaşlığın genişləndirilməsində son dərəcədə maraqlı olduğunu öz əməli fəaliyyəti ilə əyani şəkildə nümayiş etdirməkdədir. Heç şübhəsiz, ölkəmizin prinsipial mövqeyi fonunda qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş dövlətləri, o cümlədən Azərbaycan ilə Çini yeni çoxtərəfli əməkdaşlıq platformasında bir araya gətirərək Avrasiyada konstruktiv işbirliyinin güclənməsini şərtləndirəcəkdir.

Ölkələrimiz arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamədə əksini tapan başlıca məsələlərdən biri də partiyalararası əlaqələrin gücləndirilməsidir.

Azərbaycan-Çin münasibətlərinin inkişafında iki ölkənin hakim partiyalarının əməkdaşlıq əlaqələrinin müstəsna rolu vardır. Son illərdə hakim partiyalar arasında fəal siyasi dialoq şəraitində intensiv təmaslar diqqəti cəlb edir. Xüsusilə də, qarşılıqlı səfərlər partiyalararası münasibətlərin inkişafına təkan verməkdədir.

Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri çərçivəsində aktual məsələlərə dair fikir və təcrübə mübadiləsinin aparılması ikitərəfli əlaqələrin inkişafında mühüm amil kimi xüsusi əhəmiyyətə malikdir. 2024-cü ilin noyabr ayında YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında memorandumun imzalanması isə qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın siyasi və hüquqi əsaslarını möhkəmləndirərək partiyalar arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin etmişdir. Memorandumdan irəli gələrək əlaqələri yüksək səviyyədə saxlamaq, mütəmadi olaraq nümayəndə heyətlərinin səfərlərini təşkil etmək, ümumi maraq doğuran məsələlər üzrə təmasları gücləndirmək qarşıda duran başlıca vəzifələrdəndir.

Azərbaycan-Çin strateji tərəfdaşlığı təkcə iki ölkə arasında münasibətlərin inkişafı və işbirliyinin dərinləşdirilməsi ilə əlamətdar deyil, eyni zamanda, Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi baxımından olduqca mühüm əhəmiyyətə malikdir.

İnkaredilməz həqiqətdir ki, Cənubi Asiya, Afrika, Latın Amerikası və Karib hövzəsi boyunca dünya əhalisinin yarıdan çoxunu özündə ehtiva edən Qlobal Cənub ciddi siyasi və iqtisadi resursları cəmləşdirməklə yeni güc mərkəzinə çevrilmişdir. Qlobal Cənub ölkələri dayanıqlı iqtisadi inkişaf, rəqəmsal transformasiya, texnoloji innovasiyalar və sosial tərəqqi üçün yeni standartlar yaratmaq potensialına malikdir. Bütövlükdə, Qlobal Cənubun yüksəlişi bərabərlik, inklüzivlik və səmərəli əməkdaşlıq prinsiplərinə söykənən ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşması baxımından müstəsna önəm daşıyır.

Qlobal problemlərin artdığı şəraitdə milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi məsələsi aktual çağırış kimi qarşımızda dayanır. İstər Azərbaycan, istərsə də Çin çoxqütblü siyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyərək müstəqil, qətiyyətli və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər. Yeni reallıqlar fonunda həmrəylik nümayiş etdirərək dünyada bərabərsizlik, təcridetmə və haqsız rəqabət kimi problemlərin əhəmiyyətli dərəcədə həllinə nail olmaqla bəşəriyyətin sağlam və xoşbəxt gələcəyi üçün etibarlı zəmin formalaşdıra bilərik".

"Bu zamana qədər görülən işlər və qazanılan uğurlarla yanaşı, qarşımızda önəmli hədəflər durur. Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası hakim siyasi partiyalar kimi dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək birgə fəaliyyəti müvəffəqiyyətlə davam etdirmək və yeni uğurlara imza atmaq əzmindədir.

Yeri gəlmişkən, fürsətdən istifadə edərək Yeni Azərbaycan Partiyasının nümayəndə heyətlərinin Çin Xalq Respublikasına səfərləri zamanı göstərilən yüksək qonaqpərvərliyə və cari ayda da “Şanxay Əməkdaşlıq Təşkilatının Siyasi Partiyalar Forumu”na dəvətə görə Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürümü ifadə edirəm.

Əminəm ki, bugünkü konfransımız da həm ölkələrimiz, həm də partiyalarımız arasında əməkdaşlığa dair aktual məsələlərin müzakirəsi üçün səmərəli olacaq və faydalı ideya platforması kimi məhsuldar nəticələrlə yadda qalacaqdır" - deyə o, əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri