Icma.az
close
up
RU
Hakim partiyanın binasında axtarış

Hakim partiyanın binasında axtarış

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İspaniyada polis Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi Sosialist Fəhlə Partiyasının (PSOE) Madriddə yerləşən baş qərargahında korrupsiya və qanunsuz maliyyələşmə istintaqı çərçivəsində əməliyyat aparıb.

"Cebheinfo.az" xəbər verir ki, Guardia Civil əməkdaşları bu gün səhər saatlarında məhkəmə qərarı əsasında PSOE binasına daxil olaraq mümkün qanunsuz maliyyə şəbəkəsi ilə bağlı sənəd və məlumatlar toplayıb.

Guardia Civil-in sözçüsü polisin partiya binasına daxil olduğunu təsdiqləsə də, istintaqın gizli aparıldığını əsas gətirərək əlavə təfərrüat paylaşmayıb.

"Reuters" bildirib ki, həyata keçirilən proses əvvəlcədən bildiriş tələb edən və müəyyən sənədləri hədəf alan “məhkəmə məlumat tələbi” çərçivəsində icra olunub. Məlumatda vurğulanıb ki, bu əməliyyat klassik qəfil “basqın və axtarış” prosedurundan fərqlənir.

PSOE sözçüsü Montse Minges "Catalunya Radio"-ya açıqlamasında partiyanın sakit mövqe sərgilədiyini və məhkəmə orqanları ilə tam əməkdaşlıq etdiyini bildirib.

Minges qeyd edib ki, tələb olunan bütün məlumat və sənədlər aidiyyəti qurumlara təqdim ediləcək.

Pedro Sançes hökuməti son dövrlərdə partiya ətrafında aparılan müxtəlif korrupsiya istintaqları səbəbindən ciddi təzyiq altındadır. Araşdırmalar Sançesin bəzi yaxın müttəfiqlərini və ailə üzvlərini də əhatə edir.

Ötən həftə məhkəmə keçmiş sosialist baş nazir və Sançesin yaxın müttəfiqi Xose Luis Rodriqes Sapateronun nüfuz alveri və çirkli pulların yuyulması şəbəkəsinə rəhbərlik etməkdə ittiham olunduğunu açıqlamışdı. Sapatero isə ona qarşı irəli sürülən ittihamları rədd edib.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 May 2026 19:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see462

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see330

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see307

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see278

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see249

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see248

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see244

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see244

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see234

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see220

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see208

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see207

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see205

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see203

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see200

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see199

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see197

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see196

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see190

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri