Icma.az
close
up
RU
Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçiləri ilə Baş Prokurorluqda görüş keçirilib

Icma.az, Operativmedia saytına istinadən bildirir.

Hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidentinin 25 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi təyin olunan Zəfər Ramazanov, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi təyin olunan Vüqar Məhərrəmov və Abşeron Rayon Məhkəməsinin hakimi təyin edilmiş Elvin Teymur-zadə Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.

Baş Prokurorluqdan Operativ Media-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini hakim vəzifəsinə təyin edilmiş Zəfər Ramazanov, Vüqar Məhərrəmov və Elvin Teymur-zadəyə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq müasir Azərbaycan dövlətinin qurucusu və memarı, xalqımızın Ümummilli lideri Heydər Əliyevin milli dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğunlaşdırıldığını, yeni reallıqlara uyğun olaraq Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmaqla bütün sferalarda onların fəal iştirakına geniş imkanlar yaradılmaqla onlara hərtərəfli diqqət və qayğı göstərildiyini, dövlət idarəetməsində yaxından iştirakının təmin edildiyini və bu istiqamətdə görülən tədbirlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Qəbul zamanı Zəfər Ramazanov, Vüqar Məhərrəmov və Elvin Teymur-zadəyə Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə təltif olunduqları Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.

Zəfər Ramazanov, Vüqar Məhərrəmov və Elvin Teymur-zadə çıxış edərək onlara göstərilən yüksək etimada və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, habelə prokurorluq orqanlarında formalaşmalarında və peşəkar inkişaflarında xüsusi rolu olan Baş prokuror cənab Kamran Əliyevə və prokurorluğun rəhbər heyətinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Onlar prokurorluq orqanlarında qazandıqları zəngin bilik və təcrübənin gələcək hakimlik fəaliyyətlərində qanunun aliliyinin təmin olunmasına, ədalətli və obyektiv məhkəmə qərarlarının qəbuluna mühüm töhfə verəcəyini vurğulayaraq, üzərlərinə düşən məsuliyyətin fərqində olduqlarını, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı qorunması istiqamətində bütün bilik və bacarıqlarını səfərbər edəcəklərini bildiriblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 29 Dekabr 2025 17:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri