Icma.az
close
up
RU
Hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif olunub AZƏRTAC

Hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif olunub AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 27 noyabr, AZƏRTAC

"De Fendo" Vəkil Bürosunda hakim vəzifəsinə yeni təyin edilən vəkillər təltif olunub.

Vəkillər Kollegiyasından (ARVK) AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı ARVK-nın sədri Anar Bağırov yeni təyin olunan hakimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sədr diqqətə çatdırıb ki, demokratik hüquqi dövlət quruculuğu yolunu tutan ölkəmizdə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş məhkəmə-hüquq islahatları Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Eyni zamanda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi sahəsində görülən işlərdən, Məhkəmə-Hüquq Şurasının fəaliyyətindən, hakimlərin seçilməsi ilə bağlı keçirilən müsabiqələrdən, habelə gənc və yüksək ixtisaslı kadrların irəli çəkilməsindən danışan A.Bağırov ARVK-nın Şurada və Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu dilə gətirib.

Sədr hakim təyin olunan vəkillərin öz savad və bacarıqları ilə məhkəmə-hüquq islahatlarına töhfə verəcəklərinə əminliyini vurğulayaraq, şərəfli hakim adını hər zaman uca tutmağı, şəffaf fəaliyyət göstərmələri üçün vacib olan prinsiplərə əməl etməyi tövsiyə edib.

Prezident İlham Əliyevin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə təyin edilən hakimlərdən məhz 8 nəfərin Kollegiyanın üzvü olduğunu nəzərə çatdıran Anar Bağırov bunu çox yüksək göstərici kimi qiymətləndirib. Sədr göstəricilərə əsasən, hazırda vəkilliyin digər sahələrlə yanaşı, məhkəmə hakimiyyəti üçün də kadr bankına çevrildiyini söyləyib.

Diqqətə çatdırılıb ki, vakant hakim vəzifələrinə qəbulla bağlı elan edilən müsabiqədə yüksək bilik nümayiş etdirən ARVK-nın 8 üzvü – Rəmzi Nəbiyev Şirvan Kommersiya Məhkəməsinə, Aqil Nuriyev Lənkəran Ağır Cinayətlər Məhkəməsinə, Tağı Qənbərov Tərtər Hərbi Məhkəməsinə, Teymur Həsənov Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Günel Məmmədova Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə, Şəfiqə Meybullayeva Astara Rayon Məhkəməsinə, Samir Bayramov Xaçmaz Rayon Məhkəməsinə və Elşən Hüseynov isə Masallı Rayon Məhkəməsinə hakim vəzifəsinə təyin olunublar.

Daha sonra Anar Bağırov hakim vəzifəsinə təyin edilən şəxslərə Kollegiyanın Rəyasət Heyətinin qərarına əsasən onların təltif olunduğu Fəxri Fərmanları təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Noyabr 2024 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri