Hakimdən mühüm şərh: Hədiyyə kartlarının vaxtı bitdikdə balansın silinməsi qanunsuzdur
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bakı Apellyasiya Məhkəməsinin hakimi Fərrux Qasımov mağaza şəbəkələri tərəfindən satılan hədiyyə kartlarının hüquqi mahiyyəti və onların etibarlılıq müddətinə dair tətbiq olunan şərtlərlə bağlı hüquqi mövqeyini açıqlayıb.
XQ xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib. Hakimin sözlərinə görə, hədiyyə kartı müstəqil əmtəə deyil və onun alınması zamanı istehlakçı əslində gələcəkdə mağazadan məhsul əldə etmək məqsədilə əvvəlcədən avans ödəyir. Kart isə yalnız həmin ödənişi təsdiq edən vasitədir və tərəflər arasında şifahi alqı-satqı müqaviləsinin mövcudluğunu göstərir.
F. Qasımov bildirib ki, hədiyyə kartlarının üzərində yer alan "yalnız etibarlılıq müddəti ərzində istifadə edilə bilər", "müddət bitdikdə kart yenilənmir və balansdakı məbləğ silinir" kimi bəndlər müqavilənin standart şərtləridir. Bu şərtlər sahibkar tərəfindən birtərəfli qaydada əvvəlcədən hazırlandığından, istehlakçının onların məzmununa təsir etmək imkanı olmur. Mülki Məcəllənin 420-ci maddəsinə əsasən, istehlakçını qanunla nəzərdə tutulmuş hüquqlardan məhrum edən standart şərtlər etibarsız sayılır.
Vurğulanıb ki, kartın etibarlılıq müddətinin başa çatmasını əsas gətirərək həm məhsulun verilməsindən, həm də ödənilmiş avansın qaytarılmasından imtina edilməsi qanunvericiliyin tələblərinə və vicdanlılıq prinsipinə ziddir. Müddətin bitməsi ilə həmin vəsaitin silinməsi satıcının heç bir məhsul təqdim etmədən avans məbləğini özündə saxlamasına səbəb olur ki, bu da hüquqi əsas olmadan varlanma ilə nəticələnir. Hakimin fikrincə, hədiyyə kartlarında nəzərdə tutulan bu cür məhdudlaşdırıcı standart şərtlər etibarsız hesab edilməli, istehlakçının əvvəlcədən ödədiyi vəsait hesabına məhsul əldə etmək hüququ qorunmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 15 İyul 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















