Hakimin avtomobilində narkotik aşkarlandı
Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Futbol üzrə Türkiyə Superliqasında çalışan adı açıqlanmayan hakimin avtomobilində narkotik aşkarlandığı və hadisənin ört-basdır edildiyi iddia olunur.
"Unikal" xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Ömər Faruk Ünak məlumat yayıb. O, ötən həftə referinin avtomobilində aparılan axtarış zamanı qadağan olunmuş maddələrin tapıldığını və bu səbəbdən Kuşadası polis məntəqəsində saxlanıldığını bildirib.
İddiaya görə, hadisə zamanı Superliqa hakiminin yanında olan qadın həmin maddənin ona aid olduğunu söyləyib.
Baş verən hadisədən sonra referinin hadisəni ört-basdır etmək üçün Türkiyə Futbol Federasiyasının qərargahı olan Riva ilə əlaqə saxladığı bildirilir.
Sözügedən hakimin kimliyinin bu gün açıqlanacağı qeyd edilib.
Baxış sayı:148
Bu xəbər 14 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















