Hakimin Bavariya PSJ matçındakı qərarları tənqid olundu
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Almaniyanın “Bavariya” klubunun baş icraçı direktoru Yan-Kristian Driizen UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Fransanın PSJ komandası ilə keçirilən görüşdə (1:1) hakim idarəçiliyini tənqid edib.
"Unikal" xəbər verir ki, funksioner matçdan sonra verdiyi açıqlamasında belə vacib qarşılaşmaya Çempionlar Liqasında cəmi 15 oyun idarə etmiş hakimin təyin olunmasının təəccüb doğurduğunu bildirib. O, bunun bəzi qərarlara təsir etdiyini vurğulayıb.
Qarşılaşmanın 31-ci dəqiqəsində portuqaliyalı baş hakim Joao Pinheiro topun Joao Neveşin əlinə dəyməsinə baxmayaraq, PSJ-nin qapısına penalti təyin etməyib. Həmin epizodda Paris təmsilçisinin futbolçusu Vitinya topu cərimə meydançasından uzaqlaşdırıb. VAR hakimləri Marko Di Bello və Tiaqo Martins isə epizoda müdaxilə etməyiblər.
İki oyunun nəticəsinə əsasən rəqibinə 5:6 hesabı ilə uduzan “Bavariya” turnirlə vidalaşıb. Finala yüksələn PSJ isə həlledici görüşdə “Arsenal” ilə qarşılaşacaq. Turnirin finalı mayın 30-da Budapeştdə yerləşən “Puşkaş Arena” stadionunda baş tutacaq.
Baxış sayı:165
Bu xəbər 07 May 2026 18:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















