Hakimiyyəti dövründə 7 baş nazir dəyişən Fransa prezidenti Emmanuel Makron siyasi çəkisini itirir
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Politico"nun xəbər verdiyi kimi, daxili problemlər üzündən Fransa lideri Avropa ideoloqundan Aİ-nin əsas cansıxıcısına, "əyləncəli fiqura" çevrilib. Qəzetin istinad etdiyi Avropa rəsmiləri və diplomatları hesab edirlər ki, Fransa lideri ölkənin daxili problemlərinə diqqət yetirən ehtiyatlı siyasətçiyə çevrilib. Prezident bu yaxınlarda Avropa Birliyi daxilində irəli sürülən bir neçə təklifi rədd edib. Məsələn; Paris Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin təklif etdiyi "dron divarı"na qarşı çıxıb və həmçinin Budapeştin Ukraynanın Aİ-yə daxil olması ilə bağlı veto səlahiyyətindən məhrum edilməsi ideyasını dəstəkləməkdən imtina edib. Bundan əlavə, məqalədə bildirilir ki, Fransa prezidenti bəzən bu cür təşəbbüslərə qıcıqla reaksiya verir və onların Fransa ictimaiyyətində mənfi reaksiya doğuracağından qorxur.
Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fransa prezidenti Makron getdikcə siyasi çəkisini itirir. Politoloqun fikrincə, Avropanın siyasi lideri kimi həmişə öndə idi, ancaq Fransanın daxili problemləri o qədər çoxalıb ki, artıq başı daxildəki işlərə qarşıb və ona görə də Avropa Birliyində siyasi liderliyini qoruyub saxlaya bilmir.
Elşad Həsənov
“Makron dövründə artıq yeddinci baş nazirdir ki, Makronla işləyir. Onlardan öncəkilər istefaya göndərilib. Bu baş nazirlərdən Elizabet Born güclü baş nazir idi. 2023-cü ilin dekabrında xidmət orqanları Fransanın Azərbaycanda agenturasını ifşa etdi, onları həbs etdi və həmin agentura vasitəsilə Fransa xarici xidmət orqanlarının, Gürcüstanda, Ukraynada, Moldovada, Yaxın Şərq ölkələrində Afrika ölkələrində agentura şəbəkəsi ifşa olundu. Bu, xüsusi xidmət orqanları tarixində görünməmiş bir hadisə oldu. Bunu da ilk dəfə olaraq Azərbaycan təhlükəsizlik orqanları əməkdaşları edə bildilər və bundan sonra Fransada çox böyük təlatümlər baş verdi.
Fransanın xarici kəşfiyyat idarəsinin rəisi istefa verməyə məcbur oldu. Onun arxasınca Fransanın baş naziri Elizabet Born istefa ərizəsi yazdı. Əslində isə elə Makron o zaman istefa verməli idi. Ancaq o vermədi. Baş nazir qurban verdi. Bundan sonra baş nazirlər tez tez dəyişdi və bu yaxınlarda da bildiyimiz kimi daxili gərginliyə görə, Fransanın indiki baş naziri Sebastan Lekorne istefa verdi. Sonra bir həftədən sonra onu yenidən baş nazir təyin etdi və kabineti təşkil etdi”-deyə politoloq bildirib.
Elşad Həsənovun sözlərinə görə, Fransa daxilindəki problemlər - pensiya məsələsi ilə bağlı yolları bağlanması, əhalinin sosial vəziyyətinin ağırlaşması ilə bağlı həmkarlar ittifaqı piketlər və s. problemlər sübut edir ki, Fransada əhalinin yaşayış səviyyəsi çətinləşir, aparılan siyasət əhalini təmin etmir.
Politoloqun fikrincə, Fransanın müstəmləkə ölkələrində də əhali ayağa qalxır müstəqillik istəyir: “Azərbaycana qarşı yönəlik yollar apardığı antiAzərbaycan təbliğatı nəticəsində Azərbaycan da öz sözünü dedi, öz siyasi gedişlərini etdi. Bu yaxınlarda Şarm-əl-Şeyx şəhərindəki beynəlxalq forumda Fransa prezidenti Makron İlham Əliyevlə görüşüb, söhbət edib. Hətta kluarlarda deyirlənə görə, Makron Azərbaycan prezidentindən xahiş edib ki, onların müstəmləkəçilik məsələlərinə qarışmasın, yaxud da bundan sonra təzyiq etməsin. Çünki vəziyyət çox gərgindir. Yəni artıq xahişə keçir. Ancaq əvvəllər bizi təhdid edirdi, Azərbaycana qarşı hədyanlar danışırdı, Azərbaycanı hər şeydə günahlandırırdı. İndi isə Azərbaycanın mövqeyinin güclənməsi, dünya liderləri tərəfindən Azərbaycan Prezidentinə xüsusi diqqətinin qayğısının olmasını görüb, yaltaqlanır. Bu da onun siyasətinin nə dərəcə bərbad olduğunun göstəricisidir”.
Elşad Həsənov qeyd edib ki, artıq Avropa liderləri Makronun Şərq sərhədlərinin hava məkanının təhlükəsizliyi təmin etmək üçün dron divarının qurulmasına etiraz etməsi ilə razılaşmır və beynəlxalq əməkdaşlıq çərçivəsində ekoloji normaların sərtləşdirilməsinə dair təkliflərini qəbul etmir, həmçinin Avropa İttifaqına yeni üzvlərin qəbul edilməsi prosesinin sadələşdirilməsi təklifinə də razılıq vermir.
“Avropa İttifaqında fransızlar, ittifaqın xarici siyasətini müəyyən edirlər və aparıcı rol oynayırlar. Ancaq göründüyü kimi, son zamanlar Avropa İttifaqında Makronun bu siyasətində də geriləmə müşahidə olunub və Makron siyasi liderlik keyfiyyətlərini itirir. Avropa İttifaqının iqtisadiyyatında aparıcı güc Almaniyadır. Ancaq siyasi cəhətdən həmişə Fransa öndə olub. Artıq Fransa bu sahədə də geriləməyə başlayıb. Bu da Makronun daxili və xarici siyasətinin səhv aparmasına dair aydın göstəricidir”-deyə politoloq bildirib.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 24 Oktyabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















