Hakimlər qolu qeydə almadı, baş məşqçi heyfini su butulkasından çıxdı VİDEO İdmanXəbər
Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.
Ötən gün Misli Premyer Liqasının 18-ci turuna “Qarabağ” – “Araz Naxçıvan” matçı ilə yekun vuruldu.
İdmanxeber.az-ın məlumatına görə, turun son matçında Ağdam klubu qələbəni bayram edən tərəf oldu – 2:0.
Görüşün ikinci yarısı olduqca gərgin məcrada keçdi. Xüsusən də Naxçıvan təmsilçisi hesabı bərabərləşdirdikdən sonra hakimlər qolun qaydalar çərçivəsində vurulmadığını bildirdi. Məhz bundan sonra qonaq komandanın üzvləri qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadəyə etirazını daha sərt şəkildə bildirdi.
“Araz Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev isə VAR-a baxıldıqdan sonra qolun qeydə alınmamasının acığını su butulkasından çıxdı. Dördüncü hakimin xəbərdarlığından sonra Rəvan Həmzəzadə Baxşıyevi sarı vərəqə ilə cəzalandırdı.
Həmin anları sizə təqdim edirik:
https://idmanxeber.az/wp-content/uploads/2024/12/VID-20241223-WA0003.mp4
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 23 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















