Icma.az
close
up
RU
Hakimlər Rauf Allahverdiyevin məsələsinə görə baş katiblə görüşdü ümid Cahangir Fərəcullayevin ədalətinə qalıb

Hakimlər Rauf Allahverdiyevin məsələsinə görə baş katiblə görüşdü ümid Cahangir Fərəcullayevin ədalətinə qalıb

Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə kubokunun "Neftçi" - "Sabah" oyununda VAR hakimi kimi etdiyi səhvə görə ömürlük hakimlikdən uzaqlaşdırılan Rauf Allahverdiyevlə bağlı durum onun həmkarlarını da narahat edir. Çünki başa düşürlər ki, sabahın işini bilmək olmaz. Bu gün Rauf Allahverdiyevin yaşadığı gələn dəfə onlardan birinin başına gələ bilər.

Məhz buna görə də, bir neçə təcrübəli hakim AFFA-nın baş katibi Cahangir Fərəcullayevin qəbulunda olub. Əslində, görüş daha çox xahiş məqsədli keçib. Onlar Cahangir bəydən bu məsələyə müdaxilə edib Allahverdiyevə verilən cəzanın yüngülləşdirilməsini istəyiblər. 

Fərəcullayev vəzifə başına keçəndən bəri etdiyi kadr islahatları, verdiyi qərarlarla barəsində müsbət imic yaradıb. AFFA-nın elm adamı Aslan Kərimovun personasına ayrılan diqqət, Bəxtiyar Musayev kimi futbol adamının skaut işinin başına gətirilməsi, Kamran Vəliyev, Elçin Məmmədov, Zümrüd Ağayeva kimi savadlı kadrların irəli çəkilməsi və s. Cahangir bəyin aktivinə yazılmalıdır. 

Lakin hakimlik məsələsində baş katibi səhv yönləndiriblər. Belə görünür ki, özü də fərqinə varmadan başqalarının oyununa düşüb. Təəssüf ki, bu gedişlə axırda hər şey məhz Cahangir bəyin üstündə qalacaq... 

Biz Fərəcullayevi ədalətli adam kimi tanıyırıq. Ədaləti olan adam isə heç vaxt nə qanuna zidd gedər, nə də insanlığa. Əgər Rauf Allahverdiyevin hakimlikdən ömürlük uzaqlaşdırılacaq boyda səhvi varsa, bunlar dəlil və sübutlarla açıqlanmalı, ona cinayət işi açılmalı, cəza verilməlidir. Varmı elə bir fakt?  Əgər bütün motivlər yalnız şübhələr üzərində qurulubsa, bu ciddi yanaşma deyil. 

Əldə yalnız səhv var - "Neftçi"nin müdafiəçisi rəqibin ayağını tapdalayıb, nə baş hakim Əliyar Ağayev penalti verib, nə VAR hakimi Rauf Allahverdiyev, nə də onun köməkçisi bunu görüb. Əslində, bütün günahların tək Raufun ayağına yazılması da məsələnin başqa bir məyusedici tərəfidir. Bəli, səhv var. Özü də ciddi səhvdir. Allahverdiyev də, o birilər də cəzalanmalıdlr. Amma belə səhvə ömürlük cəza düşmür, bəylər. 

Ümid Cahangir Fərəcullayevin ədalətinə qalıb. Başa düşürük ki, onu səhv yönləndirirlər, istisna deyil ki, yuxarıdan da təzyiq göstərirlər. Amma Cahangir bəy də anlamalıdır ki, istəməyərəkdən olsa belə, kiminsə haqqına girir. Rauf Allahverdiyev şiddətli xəbərdarlıq almalı, bir mövsümlük aşağı liqaya göndərilməlidir. Amma başqalarına dərs olsun deyə, kiminsə karyerasını məhv etmək doğru deyil! 

Həmid

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://sportal.az
archiveBu xəbər 17 İyul 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri