Hakimlər üçün “Stresin idarə olunması” təlimi keçirilib FOTO
Icma.az, Sia Az saytına istinadən bildirir.
Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının birgə təşkilatçılığı ilə iyun-iyul aylarında ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən məhkəmələrin hakimləri üçün “Hakimlik fəaliyyətində stres faktoru və onun idarə olunması” mövzusunda silsilə təlimlər təşkil olunub. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təlimlər yüksək emosional və psixoloji təzyiq şəraitində çalışan hakimlərin emosional dayanıqlılığının gücləndirilməsi, stresin səbəblərinin daha dərindən anlaşılması və bu hallar qarşısında praktiki idarəetmə bacarıqlarının inkişaf etdirilməsi məqsədi daşıyıb.
Bakı, Sumqayıt, Şəki və Şirvan şəhərlərində keçirilmiş təlimlərə 30 regionu təmsil edən, müxtəlif instansiyalarda çalışan, o cümlədən apellyasiya və birinci instansiya məhkəmələrində fəaliyyət göstərən -70-ə yaxın hakim qatılıb.
Təlimlər zamanı iştirakçılar stresin hüquqi sahədə spesifik mənbələri barədə məlumatlanıb, gündəlik praktikadan nümunələr üzərində analiz aparılıb, mindfulness (diqqət toplama) texnikaları və nəfəs məşqləri ilə tanış olub, münaqişə hallarında empatik ünsiyyət və neytral yanaşmanın tətbiqini müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 21 İyul 2025 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















