Icma.az
close
up
RU
Hakimləri təhqir etdi, AFFA bağışlamadı: Adil Şükürova böyük cəza

Hakimləri təhqir etdi, AFFA bağışlamadı: Adil Şükürova böyük cəza

Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.

AFFA İntizam Komitəsi növbəti qərarlarını açıqlayaraq bəzi şəxs və klubları cəzalandırıb.
Apasport.az xəbər verir ki, cəzalandırılanlar arasında Azərbaycan I Liqası təmsilçisi "Səbail"in baş məşqçisi Adil Şükürov da var.
AFFA Şükürovu 4 oyunluq cəzalandırıb. 
Belə ki, I Liqada XX turun “Səbail” – “Baku Sportinq” oyununun 65-ci dəqiqəsində “Səbail” komandasının baş məşqçisi Adil Şükürov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib. Baş məşqçiyə 4 oyunluq cəza verən qurum bu səbəbdən “Səbail”i də 3 min manat cərimə edib.
“Səbail”in cəzası bununla da bitməyib. “Baku Sportinq” oyununda “Səbail” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə klub daha 1500 manat cərimə olunub.
İntizam Komitəsinin digər qərarları isə bunlardır:
 

3 aprel 2026-cı il tarixində I Liqada XX turun “Mingəçevir” – “Şəfa” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 86.3);

3 aprel 2026-cı il tarixində I Liqada XX turun “Mingəçevir” – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

4 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXII turun “Neftçi-2” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Kəpəz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

4 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXII turun “Sabah-2” – “Zirə-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sabah-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

6 aprel 2026-cı il tarixində Əvəzedicilər liqasında XXII turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

01.04.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Şəfa FK-Liman UFK” oyununun 58-ci dəqiqəsində Şəfa FK komandasının 1 N-li oyunçusu Nərgiz Ağaliyeva təhqiredici ifadələrdən istifadəyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)

01.04.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Şəfa FK-Liman UFK” oyununun 58-ci dəqiqəsində Liman UFK komandasının 99 N-li oyunçusu Nahidə Məmmədova təhqiredici ifadələrdən istifadəyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)

01.04.2026-cı il tarixində AFFA Yüksək Qızlar Liqasının “Şəfa FK-Liman UFK” oyununun 83-cü dəqiqəsində Liman UFK komandasının 11 N-li oyunçusu Aydan Əkbərova qeyri-idman hərəkətinə görə (düşüncəsiz şəkildə cərimə zərbəsi ilə nəticələnən qayda pozuntusu) ikinci sarı vərəqə (qırmızı vərəqə) alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 1 (bir) oyuna buraxılmasın. (Maddə 17.5)

04.04.2026-cı il tarixində AFFA U-16 Qızlar Liqasının “Sumqayıt” FK – “Ulduz” FA oyununun 60-cı dəqiqəsində Ulduz FA komandasının 9 N-li oyunçusu Zəhra Abdullayeva təhqiredici ifadələrdən istifadəyə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün növbəti 3 (üç) oyuna buraxılmasın. (Maddə 52.3)

05.04.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının “Sumqayıt FK-Pirallahı FK” oyununun Pirallahı komandasının oyunçularının sayı yetərli olmadığına görə baş tutmadığı üçün Pirallahı komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

04.04.2026-cı il tarixində AFFA U-14 Qızlar Liqasının “Kür” Samux – “Mingəçevir” oyunu, “Kür” Samux komandası oyuna təyin olunmuş vaxtda gəlmədiyi üçün baş tutmadığı üçün “Kür Samux” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

02.04.2026-ci il tarixində keçiriləcək futzal üzrə Şuşa MFK – U-19 oyunu Şuşa MFK təyin olunan vaxtda meydana daxil olmadığına görə baş tutmadığı üçün Şuşa MFK komandasına 0:5 hesablı texniki məğlubiyyət verilsin. (Maddə 79.1)

"İmişli" Qubada "Turan Tovuz"u qəbul edir - YENİLƏNİR "Arsenal" ÇL matçında 2 vacib oyunçusundan məhrum olacaq Qurban Qurbanov: “Hakimlər sanki bir az təzyiq altındadır” Füzuli Məmmədov: “Oyun haqda çox danışmağa ehtiyac yoxdur” AFFA deyir: - Sür dərəyə! - Sür dərəyə
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Aprel 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see730

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see566

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see562

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see324

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see316

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see310

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see279

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see277

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see271

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see265

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see265

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see264

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see264

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see263

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see260

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see238

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see219

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see215

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see212

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri