“Hakimlərin qərarlarının çoxu Kosovanın xeyrinə idi” Tahir Baxşıyev açıqladı
Icma.az, Sia Az portalına istinadən məlumat yayır.
“Oyundan öncədə demişdim ki, şanslar 50/50-dir”. SİA xəbər verir ki, bunu Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Tahir Baxşıyev deyib.
O, komandasının DÇ-2027 seçmə mərhələsində Kosovo ilə (79:81) səfər matçını dəyərləndirib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, basketbolçularımız sonadək mübarizə aparıblar: “Bu matçı qazana bilərdik. Ancaq alınmadı. Mən heç vaxt hakimlər barədə xoşum gəlmirdi nəsə deyim. Ancaq bu oyunda hakimlərin qərarlarının çoxu Ksovoya tərəf idi. Bu da bizə çox çətinlik yaradırdı. Ancaq buna baxmayaraq oyunçularımız çox yaxşı oynadılar. Çox qazanmaq istəyirdik bu oyunu ancaq alınmadı”.
Qeyd edək ki, yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Fevral 2025 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















