Icma.az
close
up
RU
Hakimlərin qərəzli qərarı Klub prezidentinin ərköyünlüyü

Hakimlərin qərəzli qərarı Klub prezidentinin ərköyünlüyü

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Anar Həsənov yazır...

Ötən gecə Türkiyə Superliqasında daha bir futbol matçında futboldankənar hadisə yaşandı. Bütün Avropada gündəm mövzusuna çevrilən hadisəyə ən başdan nəzər yetirək.

Qarşılaşma komandaların qarşılıqlı hücumları şəraitində başlasa da, əsas hadisələr 17-ci dəqiqədə cərəyan etdi. Görüşün 12-ci dəqiqəsində "Adana Dəmirspor"un qapısına on bir metrlik cərimə zərbəsi təyin edən Oğuzhan Çakırın bu qərarı oyunun davamına təsirsiz ötüşmədi. Nəticədə qonaqlar matçın 30-cu dəqiqəsində meydanı tərk etdilər.

Avropa futbolunda da hər zaman illərlə müzakirələrə səbəb olan qərarlar qəbul edilib, amma heç bir ölkədə bu tərz davranışlar sərgilənməyib. Keçmişdə VAR sistemi olmadan baş tutan görüşlərdə daha kobud səhvlər olmasına rəğmən, azarkeşlər və klub rəsmiləri belə addımlar atmayıblar.

Futbolun qanunları və ədalət prinsipləri var. Dünyada "analoqu olmayan" hadisələrin Türkiyə Superliqasında baş verməsi isə ayrı bir mövzudur. Futbolçunun klub prezidenti və köməkçisini ələ salması, qarşı tərəfin buna sosial mediadan cavab verməsi kimi...

Yenidən "Qalatasaray" - "Adana Dəmirspor" matçındakı qərarların gedişatına qayıdaq. Alvaro Moratanın yıxıldığı epizoda diqqətlə baxan, futboldan anlayışı olan hər bir azarkeş bu halın penalti tələb etmədiyini və adi oyun vəziyyəti olduğunu bilər. Baş hakimin penalti qərarı nəyə əsaslanıb bəs? Topu itirdikdən sonra yerə yıxılmaq futbol qanunlarında, təbii ki, yoxdur.

"Adana Dəmirspor" klubunun keçmiş prezidenti Murat Sancakın komandasını meydandan çıxarması və bunu Türkiyə Futbol Federasiyasının prezidentinə bildirməsi futbol adına rüsvayçılıqdır. Çünki hər bir futbolsevər bilir ki, "Adana Dəmirspor" hazırda Türkiyə Superliqasında sonuncu pillədə qərarlaşır və oyun 90 dəqiqə deyil, 120 dəqiqə belə oynansaydı, "Adana Dəmirspor"un "Qalatasaray"a qalib gəlməsi yalnız 10 faiz mümkün kimi görünərdi.

"Fənərbağça" rəhbərliyinin bu mövzunu da şans olaraq dəyərləndirib, rəy bildirməsi isə heç bir məntiqə sığmır. Xüsusilə, Ali Koç və Acun Ilıcalının qarşılaşmadan sonra verdiyi açıqlamalar Türkiyə futboluna ləkədir. Stadiona ilk dəfə matçı izləməyə gələn uşaqların gözyaşı isə həm "Qalatasaray", həm "Adana Dəmirspor" və baş hakimin günahıdır.

Futbolda qalib gəlmək, məğlub olmaq və bərabərliklə də meydandan ayrılmaq olar. Amma "qayda pozuntusu düzgün deyil" deyərək, bütün heyətlə oyunu yarımçıq qoyaraq meydanı tərk etmək futbol qanunlarına tamamilə ziddir.

Bundan sonra "Adana Dəmirspor" klubunu hansı cəzalar gözləyir?

Türkiyə Futbol Federasiyasının qanunlarına əsasən, oyunu yarımçıq tərk etmək və ya oyunu dayandırmaq komandanın üç xalının silinməsinə, rəqib komandaya texniki qələbənin verilməsinə səbəb olur. Məsələ daha dərindən araşdırıldıqdan sonra, başqa mövzular ortaya çıxacağı təqdirdə isə cəzalandırılan klub minimum bir liqa aşağı endirilir. Bu qaydalardan da bəlli olur ki, hazırda aktivində beş xalı olan və bütün rəqiblərindən geri qalaraq autsayder mövqeyində qərarlaşan "Adana Dəmirspor" vəziyyətin fərqində olduğu üçün çıxış yolunu bu tərz hərəkətlərə əl ataraq ört-basdır etməyə çalışır.

Futbol keçmişdən bu günə baş verən hadisələr, qəbul edilən qərəzli qərarları ilə sevilərək izlənilən idman növlərindən biri olub. Daha sonra tətbiq edilən VAR sistemi, legioner limitinin ləğvi, UEFA Çempionlar, Avopa və Konfrans liqalarının formatının dəyişdirilməsi futbola olan marağın azalması fonunda Türkiyə futbolunda da bu tərz hadisələrin baş verməsi azarkeşlərdə bu idman növünə qıcıq, yaxud etinasızlıq yarada bilər.

Bu mövzu çərçivəsində Azərbaycan Premyer Liqasında baş verən hadisələr isə unudulub getdi. Ötən gün bənzər epizod Azərbaycan Premyer Liqasında da yaşandı, amma bizim komandalarımız nə meydanı tərk etdilər, nə də artıq söz-söhbət oldu. Çünki hər şey qayda və qanunla həll olmalıdır. Məsələ isə nə ilə bağlıdır - izah edim.

"Sabah" - "Turan Tovuz" matçında Rəhim Sadıxovun epizodu hakimin susqunluğu ilə nəticələndi. Bu dəfə İnqilab Məmmədov səhv qərarıyla "səhnəyə çıxdı". Bu epizodda Rəhim Sadıxova lazımi cəriməni verməli idi, amma yanlış qərar matçın taleyini həll etdi, yekunda matç "Turan Tovuz" klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatdı. Burada belə bir sual yaranır: "Turan Tovuz" klubunun rəhbərliyi komandanı meydanı tərk etmək üçün səsləməli idi? Həmin epizodu sizin üçün təqdim edirəm ki, ən doğru qərarı azarkeş gözündən siz verəsiniz. Hətta bu epizod Alvaro Morataya qarşı olan cərimədən daha ciddi idi.

İstər Azərbaycan, istərsə də Avropa futbolunda belə amillər hədsiz çoxdur, amma bu, qərarlara qarşı gəlmək, futbolu iyrəncləşdirmək mənasına gəlmir. Futbol hər zaman bu tərzli məqamları ilə sevilib. Hətta bəzi azarkeşlərdə bu müəmmalı epizodlar səbəbindən futbola sevgi yaranıb. İndi isə düzgün olmayan penalti təyin edildiyi üçün komanda meydandan çıxarılır. Daha sonra klubun keçmiş prezidentinin məsələ ilə bağlı açıqlaması isə tamamilə ərköyünlükdür.

"Adana Dəmirspor"un sabiq prezidenti Murat Sancak bu qərarı özünün qəbul etdiyini və komanda meydanı tərk etmədən öncə məsələ ilə bağlı Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğluya məlumat verdiyini bildirib. TFF prezidenti İbrahim Hacıosmanoğlu Murat Sancakla telefon danışığı zamanı "Adana Dəmirspor" klubunun sabiq prezidentinin qərarının doğru olduğunu və onu dəstəklədiyini deyib. 

Bu, futbol deyil. Futbol tamamilə fərqli ampluada oynanan, dostluq və bərabərliyin simvoludur. Buna təşkil olunan dünya, Avropa çempionatlarını misal çəkə bilərik. Futbolda qanunları yersiz dəyişdirmək gələcək nəsillərdə bu idman növünə marağın azalmasına səbəb olur. "Yenilik" heç də hər zaman yaxşı olmur, çünki ənənələr boşuna yaranmır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 Fevral 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see252

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see241

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see232

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see206

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see188

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see171

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see141

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri