Icma.az
close
up
RU
Hakimlikdən danışmaq istəmirəm Rəşad Sadıqov

Hakimlikdən danışmaq istəmirəm Rəşad Sadıqov

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Hakimlikdən danışmaq istəmirəm" - Rəşad Sadıqov

"Oyun bizim üçün çox yaxşı başladı. Erkən qol vurub fərqləndik və ilk 30-35 dəqiqə ərzində etibarlı müdafiə olunduq. Düzdür, birinci hissənin sonlarında rəqibə iki təhlükəli qol epizodu verdik, lakin o dəqiqələrə qədər bizim də kəsərli hücumlarımız və hətta ikinci qolu vurmaq imkanımız var idi. İkinci hissədə müəyyən taktiki dəyişikliklər etdik və hər şey daha etibarlı görünürdü, rəqibə yüz faizlik qol epizodu vermirdik. Lakin məhz o dəqiqələrdə rəqibin fantastik qoluna şahid olduq. Hesab bərabərləşdikdən sonra hücumda fəallaşmağa çalışsaq da, ikinci qolu əks-hücumda buraxdıq. Futbolçularıma təşəkkür edirəm. Çox güclü rəqibə qarşı oynadıq. Amma buraxdığımız qollar əslində bir çox sualların cavabı idi. O qollar yüksək fərdi ustalıqla vuruldu ki, bu da rəqibin nə qədər güclü və keyfiyyətli olduğunu bir daha göstərir".

QOL.az "sportal.az"a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Kubokunun finalında "Sabah"la baş tutan matçdan (2:1) sonra keçirilən mətbuat konfransında deyib. 

- Erkən dəqiqələrdə Qismət Alıyevin sarı vərəqə alması oyuna nə dərəcədə təsir etdi?

- Həmin epizodu görməmişəm və ümumiyyətlə, hakimlikdən danışmaq istəmirəm. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Yaxşı və layiqli qələbə qazandılar, qızıl dubl etmək üçün əllərində yaxşı fürsət var idi.

- Oyun müəyyən dərəcədə "Zirə"nin futbolçularına psixoloji təsir etməlidir. Çempionatda hələ heç nə bitməyib. Yoxsa, başqa cür düşünürsünüz?

- Başqa cür düşünmürük, sona qədər mübarizəmizi aparacağıq. Başa düşürük ki, rəqib hazırda bizdən üç xal öndədir və bizi "Araz-Naxçıvan" və "Sumqayıt"la çox ağır oyunlar gözləyir. Özümüzdə güc tapıb, çempionatın son saniyəsinə qədər vuruşmağa çalışacağıq".

- Artıq üç finalda uduzmusunuz. Daha yüksək büdcəli, daha güclü klubla fərqli nəticələr qazana bilərdi Rəşad Sadıqov?

- Onu əvvəlcədən demək olmaz. Ola bilərdi ki, biz güclü olardıq, istədiyimizi edə bilməzdik. Lakin hər üç finala diqqətlə baxsanız, bəzi kiçik detallar uğurlu getsəydi, bəlkə də üçündə də biz qalib olardıq. Finalların arasında oxşar məqamlar var. Buna rəğmən 12 yarışdan 6-da mükafatlar uğrunda mübarizə aparmışıq. Bu 6 il qürurvericidir və futbolçularımla fəxr edirəm. Bəli, bu gün ortada titul yoxdur, amma başa düşməliyik ki, titul qazanmaq üçün daha çox şeyə ehtiyac var".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 May 2026 22:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri