Icma.az
close
up
RU
“Halalbooking” artıq Azərbaycan dilində

“Halalbooking” artıq Azərbaycan dilində

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Böyük Britaniyada yaşayan Azərbaycan əsilli təsisçilər Elnur Seyidli və Ənvər Cəbi qurduqları qlobal səyahət platforması “Halalbooking”i doğma dillərində təqdim ediblər.

“Qafqazinfo” xəbər verir ki, KPMG-nin 2023-cü ildə apardığı qiymətləndirməyə əsasən, 100 milyon dollar dəyərində olan “Halalbooking”in Azərbaycan dilində versiyası artıq istifadəyə verilib.

Azərbaycan dili Böyük Britaniya mərkəzli platformada istifadə olunan yeddinci dil oldu. Platforma artıq ingilis, ərəb, türk, alman, fransız, rus və Azərbaycan dillərində fəaliyyət göstərir. Bu, ənənəvi inkişaf hekayəsindən fərqlənir: söhbət azərbaycanlıların xaricdə qurduğu qlobal platformanın təsisçilərinin doğma vətəni ilə yeni bağ qurmasından gedir.

Hər şey necə başladı?

İdeya şəxsi bir ehtiyacdan yaranıb. On ildən çox əvvəl Ənvər Cəbi öz ailəsi üçün uyğun tətil oteli axtarırdı: qida seçimləri, çimərliyi və digər imkanları uşaqlı ailələrin tətili üçün münasib olan bir kurort. O, bazarda bu ehtiyacların hamısını bir arada qarşılayan rezervasiya platformasının olmadığını gördü. Elnur Seyidli və Ənvər Cəbi texnologiya, məhsul, kommersiya strategiyası və beynəlxalq biznes təcrübəsini birləşdirərək şəxsi ehtiyacdan qlobal səyahət texnologiyaları platforması yaratdılar və 2014-cü ildə “Halalbooking”i Böyük Britaniyada birgə təsis etdilər.

İdeyadan 100 milyon dollarlıq şirkətə

2014-cü ildə təsis edilən şirkətin dəyəri 2023-cü ildə KPMG-nin qiymətləndirməsinə əsasən 100 milyon dollara çatdı. Bu gün “Halalbooking”in loyallıq klubunun iki milyondan çox üzvü var və platforma 140-dan çox ölkədən müştəriyə xidmət göstərir. Təsisçilərin hədəfi “Halalbooking”in dəyərini 2029-cu ilə qədər 1 milyard dollara çatdırmaq və onu azərbaycanlıların qurduğu, “unikorn” statusu qazanan ilk qlobal texnologiya şirkətinə çevirməkdir.

“Halalbooking” ilk növbədə texnologiya və süni intellektə əsaslanan şirkət, daha sonra isə səyahət platformasıdır. Platforma halal xüsusiyyətlər üzrə xüsusi filtrləri, çoxdilli lokallaşdırması, qlobal təchizatçı sistemləri ilə inteqrasiyaları, data əsaslı marketinqi və müştərilərin tətil seçiminə kömək edən süni intellekt həlləri ilə fərqlənir. Bu filtrlər halal qida, alkoqolsuz məkanlar, yalnız xanımlar üçün nəzərdə tutulan hovuz və çimərliklər, eləcə də ailələr üçün uyğun mühit haqqında məlumatları əhatə edir. Platformanın texnoloji miqyasını göstərən faktlardan biri onun təxminən bir milyon sətirlik proqram kodu üzərində qurulmasıdır.

Niyə Azərbaycan dili və niyə indi?

Təsisçilər üçün bu addım şəxsi məna daşıyır: Azərbaycan dili onların ana dilidir.

“Biz bu şirkəti Londonda, dünyanın müxtəlif ölkələrindən olan müştərilər üçün qurduq. Amma uşaqlıqdan danışdığımız dil Azərbaycan dilidir. Platformanı ana dilimizdə təqdim etmək çoxdan istədiyimiz addımlardan biri idi və bunu digər dillərdə tətbiq etdiyimiz eyni yüksək standartla həyata keçirmək istəyirdik”, – deyə Elnur Seyidli, “Halalbooking”in həmtəsisçisi və baş icraçı direktoru (CEO), bildirib.

“Mən bu işə öz ailəm üçün uyğun tətil tapa bilmədiyim üçün başladım, amma “Halalbooking”i dar bir bazara xidmət edən kiçik səyahət agentliyi kimi qurmadıq. Əvvəldən məqsədimiz ailəvi səyahət edənlər üçün qlobal texnologiya platforması yaratmaq idi. Platformanın Azərbaycan dilində istifadəyə verilməsi bizim üçün şəxsi məna daşıyır, amma eyni zamanda bu, azərbaycanlı təsisçilərin dünya üçün texnologiya şirkətləri qura biləcəyinin də göstəricisidir”, – deyə Ənvər Cəbi, “Halalbooking”in həmtəsisçisi və əməliyyat direktoru (COO), əlavə edib.

Bu proses komanda üçün həm də genişmiqyaslı lokallaşdırma işi tələb etdi. Səyahət və rezervasiya sahəsində bir çox terminin Azərbaycan dilində rəqəmsal məhsullarda hamılıqla qəbul edilmiş qarşılığı hələ formalaşmayıb. Buna görə “Halalbooking”in Azərbaycan dili üzrə komandası səyahət rezervasiyası prosesinin müxtəlif mərhələləri üçün Azərbaycan dilində terminologiyanı araşdırmalı, seçməli və bəzi hallarda formalaşdırmalı oldu. Bu işin həcmi də təsir edicidir: 500 mindən çox sözdən ibarət məzmun Azərbaycan dilinə uyğunlaşdırıldı. Məqsəd yeni standart formalaşdırmaqdır: dünyanın ən yaxşı səyahət rezervasiya təcrübəsini Azərbaycan dilində təqdim etmək.

Azərbaycanın rəqəmsal iqtisadiyyatı üçün siqnal

Təsisçilər bu addımı daha geniş mənzərənin bir hissəsi kimi görürlər. Azərbaycanın gənc, mobil texnologiyalardan fəal istifadə edən, xaricə səyahətə marağı artan əhalisi və inkişaf edən texnologiya sektoru var. Təsisçilərin fikrincə, ölkənin rəqəmsal iqtisadiyyatını irəli aparacaq yanaşma yalnız yerli standartlarla qurulan yerli məhsullar deyil, qlobal standartlarla hazırlanmış azərbaycandilli rəqəmsal məhsullardır.

“Halalbooking” qlobal bazar üçün texnologiya şirkəti quran azərbaycanlı təsisçilərin uğurlu nümunəsidir. Şirkətin inkişaf yolu göstərir ki, azərbaycanlı sahibkarlar beynəlxalq miqyasda rəqabət aparan, müstəqil peşəkar qiymətləndirmələrdə yüksək dəyər qazanan və qlobal inkişaf potensialına malik rəqəmsal platformadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Sentyabr 2026 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see361

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see348

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see339

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see332

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see322

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see311

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see297

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see269

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see254

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see246

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see234

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see230

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see214

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see213

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see206

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see204

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see199

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see184

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see182

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri