Hall Siti nin futbolçusu qəzaya düşdü SON DURUM
Fanat saytına istinadən Icma.az xəbər verir.
“Hall Siti”nin 27 yaşlı futbolçusu Sorba Tomas məşqə yollanarkən yol-nəqliyyat hadisəsi ilə üzləşib.
Fanat.Az xəbər verir ki, informasiyanı İngiltərə təmsilçisinin mətbuat xidməti yayıb.
Qəza klubun Kottinqemdə yerləşən məşq bazasının yaxınlığında qeydə alınıb. Tomasın sükanı arxasında olduğu avtomobil aşıb. Verilən məlumata əsasən, yarımmüdafiəçi hadisə nəticəsində xəsarət almayıb və avtomobildən öz imkanları ilə çıxıb.
“Hall Siti” futbolçunun qəzaya uğramış avtomobilinin görüntülərinin sosial mediada yayıldığını da qeyd edib. Klub azarkeşlərə müraciət edərək Tomasın səhhəti ilə bağlı narahatlığa əsas olmadığını bildirib.
Xatırladaq ki, Sorba Tomas sentyabrın 1-də “Stok Siti”dən “Hall Siti”yə transfer olunub. O, yeni klubunun heyətində keçirdiyi 7 qarşılaşmada 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, “Hall Siti”nin sahibi türkiyəli iş adamı Acun Ilıcalıdır.
Əlisahib İbrahimli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 12 Sentyabr 2026 13:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















