Icma.az
close
up
RU
“Hall Siti”ni artıq türk klubuna çevirmişik” Acunun növbəti hədəfi nədi?

“Hall Siti”ni artıq türk klubuna çevirmişik” Acunun növbəti hədəfi nədi?

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

Türkiyəli iş adamı və şoumen Acun Ilıcalının, nəhayət, İngiltərədə üzü güldü. “Hall Siti” onun prezidentliyi dönəmindəki 5-ci mövsümdə çempionşipi 6-cı pillədə tamamlayamaqla pley-offda oynamaq imkanı qazandı.
Maraqlıdı ki, “pələnglər” cəmi 1 il öncə son turda faktiki bəxt sayəsində çempionşipdə yerini qorumağı bacarmışdı! Ötən yay komandanın başına gətirilən bosniyalı mütəxəssis Sergey Yakiroviç ilk mövsümdəcə böyük yüksəlişə nail oldu. Sonuncu dəfə 2016/17-də premyer-liqada oynamış “Hall Siti” artıq bu gün pley-offun yarımfinalının ilk oyununda evdə “Milluoll” ilə qarşılaşacaq. Cavab oyunu mayın 11-də rəqib meydanında keçiriləcək. Bu cütün qalibi “Uembli”də keçiriləcək həlledici oyunda “Midlsbro” – “Sauthempton” cütünün qalibi ilə qarşılaşacaq. Acun Ilıcalı komandasının pley-ffa vəsiqə qazanmasının ardından sevincini “A Spor” kanalı ilə bölüşüb:

“Ötən mövsüm paralel şəkildə “Fənərbaxça”da işlədiyim üçün mənə çox çətin olmuşdu. Üzərimə ağır yük düşmüşdü və bura, demək olar, gələ bilməmişdim. Bu mövsüm bütün gücümü və konsentrasiyamı bura verdim. İlin ən azı 150 gününü Hallda keçirdim. Yakiroviç ötən mövsüm “Kayserispor”da gördüyü işlərlə diqqətimi çəkmişdi. Onu gətirməklə doğru qərar verdik. Yaxşı transferlər də həyata keçirdik. Hər kəs eyni hədəfə kökləndi və sonda istəyimizə çatdıq. Əslində mövsümün əvvəlində ekspertlər 23-cü yeri tutacağımızı iddia edirdilər. Amma mən komandamızın güclü və rəqabətədavamlı olduğunu bilirdim. Hərçənd mövsümü maksimum ilk “10-luq”da bitirəcəyimizi düşünürdüm. Bunu bacarsaydıq, artıq xoşbəxt olacaqdım. Amma Allah nəsib etdi. Türkiyədən, həmyerlilərimizdən də gözəl mesajlar alıram. Onların da dəstəyi məni sevindirir. “Hall Siti”ni artıq türk klubuna çevirmişik və bəlkə də premyer-liqaya yüksələcəyik. Yakiroviç bu komandaya ruh verdi, bu uğurda əsas pay sahibi məhz odu. Həm oyunçuları yeni səviyyəyə yüksəltdi, həm də əvvəlki məşqçilərin yararlanmadığı futbolçulardan yararlandı. Əlimizdə Makberni kimi qorxunc bir forvard var. Hər üç İstanbul nəhəngində rahat şəkildə oynaya biləcək səviyyədədi. Premyer-liqa səviyyəsində futbolçudu. Amma biz onu transfer etməyi bacardıq. Oyunu əla oxuyur və hər matçda meydanda bütün gücünü qoyur. Son matçdan öncə bizə qol vuracağına söz verdi və sözünün üstündə durdu. Növbəti rəqibimiz “Milluoll”du. Mövsümün əvvəlində məndən pley-offa vəsiqə qazanacağımız halda kiminlə qarşılaşmaq istədiyimizi soruşsaydılar, “Milluoll”un adını çəkərdim. Burda da qismət elə gətirdi ki, məhz onlarla düşdük. Bu mövsüm səfərdə onları 3:1 yenmişdiksə, öz meydanımızda onlar bizi eyni hesabla yenmişdi. Amma ev oyununda bir təmiz qolumuz sayılmamışdı. “Milluoll” maneəsini adlayacağımıza ürəkdən inanıram. Eyni birlik və inamla yolumuza davam etmık istəyirik. Premyer-liqaya vəsiqə qazanmaq təkcə “Hall Siti”nin özü üçün yox, bütün şəhər üçün mühüm əhəmiyyət daşıyır. Adətən, premyer-liqada təmsil olunan şəhərlər həmin mövsüm həm də liqanın mərkəzi sayılır. Bu da şəhərimizə müsbət mənada təsir edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 08 May 2026 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri