Haluk Bilginerin uğurunun arxasında nə var? Dünya heyrətlə izləyir
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Haluk Bilginər kimdir?
Milli.Az xəbər verir ki, Haluk Bilginər 1954-cü il iyunun 5-də İzmirdə dünyaya gəlib.
Uşaqlıq illərində sakit və müşahidəçi təbiəti ilə seçilən Bilginər məktəb illərindən səhnəyə maraq göstərməyə başlayıb. İzmir Atatürk liseyində oxuyarkən məktəb teatrından çıxış edərək ilk dəfə tamaşaçı alqışlarını alıb və bu hiss onun həyat yolunu müəyyənləşdirib.
1971-ci ildə Ankara Dövlət Konservatoriyasının teatr bölməsinə daxil olan Haluk Bilginər burada Türkiyənin tanınmış teatr ustalarından dərs alıb.
1977-ci ildə təhsilini başa vurduqdan sonra Ankara Dövlət Teatrında fəaliyyətə başlayıb və bir sıra tamaşalarda rol alıb.
Elə həmin il İngiltərəyə yollanan Bilginər Londonda yerləşən məşhur London Academy of Music and Dramatic Art akademiyasında təhsil alıb. Bu illər onun sənət həyatında dönüş nöqtəsinə çevrilib.
İngiltərədə yaşadığı müddətdə ingilis dilində səhnə texnikasını mükəmməl mənimsəyib və Qərb teatr məktəbinin prinsiplərinə yaxından bələd olub.
Londonda "My Fair Lady" - "Mənim gözəl xanımım", "Phantom of the Opera" - "Opera ruhu" kimi tamaşalarda, eləcə də "East Enders" - "Şərq sakinləri" adlı televiziya layihəsində rol alaraq beynəlxalq səviyyədə təcrübə toplayıb. /Baku TV
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 12 Noyabr 2025 08:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















