Icma.az
close
up
RU
Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə Şəki SƏFƏRİ

Halvaçılığdan ipəkçiliyə, tarixin rəngli pəncərələrinə Şəki SƏFƏRİ

Icma.az, Baku.ws portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə dekabrın 2-3-ündə media nümayəndələrinin Şəkiyə mediaturu təşkil olunub. Tur çərçivəsində jurnalistlər şəhərin turizm, sənətkarlıq və tarix irsinin müxtəlif istiqamətləri ilə yerində tanış olublar. Səfərin ilk dayanacağı Öryət kəndində yerləşən "BioGarden" ekoaqroturizm kompleksi olub.

"BioGarden": canlı ekoloji laboratoriya

2008-ci ildə əsası qoyulan, 2010-cu ildən tam fəaliyyət göstərən "BioGarden" ölkədə aqrobiomüxtəlifliyin qorunması və ekoturizmin inkişafı üçün yaradılmış nadir nümunələrdən sayılır. Hazırda təsərrüfat 8 hektar ərazini əhatə edir. Burada 3 minə yaxın meyvə ağacı, dünyanın müxtəlif ölkələrindən gətirilmiş dekorativ quşlar, yerli heyvan cinsləri və arıçılıq təsərrüfatı mövcuddur.

Kompleks kənd təsərrüfatını yalnız istehsal sahəsi kimi deyil, turizm və maarifləndirmə platforması olaraq təqdim edir. Ziyarətçilər burada yetişdirilən məhsulları birbaşa əldə edir, orqanik qidalardan hazırlanmış yeməklərin təqdim olunduğu restoranda dadına baxır. Uşaq və böyüklər üçün əyləncə zonası, satış mərkəzi və süni göl kompleksi də fəaliyyət göstərir.

Təsərrüfatın əsas hədəfi ekoloji təmiz məhsul istehsalını artırmaq, milli yeməklərin bu məhsullarla hazırlanmasını təşviq etmək və aqroturizm potensialını genişləndirməkdir. Gələcəkdə burada interaktiv təcrübə zonalarının, kənd evlərinin və bioloji maarifləndirici proqramların həyata keçirilməsi planlaşdırılır.

"Azəripək": 99 illik sənət ənənəsinin davamı

Səfərin növbəti ünvanı Şəkinin simvollarından biri olan "Azəripək" ASC olub. 1926-cı ildən başlayan istehsal ənənəsi bu gün də davam etdirilir. Fabrikdə hazırda 325 nəfər çalışır. Onların əksəriyyəti qadındır. Bir zamanlar burada 6 minə qədər işçinin çalışması bu müəssisənin bölgə üçün nə qədər mühüm sənaye mərkəzi olduğunu göstərir.

"Azəripək" tam təbii, 100 faiz saf ipək istehsalı ilə məşğul olan nadir müəssisələrdən biridir. Burada baramadan həm ipək sapı çıxarılır, həm də kəlağayı və müxtəlif parça növləri toxunur. Bu, ipəkçiliyin bölgədə həm iqtisadi, həm də sosial dəyərə malik olduğunun göstəricisidir.

Kombinatda istehsal yalnız sənaye fəaliyyəti deyil, həm də sənətkarlığın qorunduğu mədəni mərkəz kimi dəyərləndirilir. Şəkinin ən məşhur simvollarından olan kəlağayı da məhz burada hazırlanır.

Halva və dulusçuluq: nəsildən-nəsilə ötürülən peşə

Mediatur çərçivəsində jurnalistlər Şəkiyə məxsus ənənəvi mətbəxin nümunəsi olan məşhur Şəki halvasının hazırlanmasını izləyiblər. Ustadlar bu milli ləzzətin reseptindən tutmuş hazırlanma mərhələlərinədək məlumat veriblər.

Növbəti dayanacaq qədim dulusçuluq sənəti olub. Burada qonaqlara gil məmulatlarının hazırlanması, bişirilməsi və bu sənətin qorunması üsulları nümayiş etdirilib. Bu proseslər Şəkinin yalnız mətbəx deyil, sənətkarlıq irsini də yaşatdığını bir daha təsdiqləyib.

Şəki Xan sarayı

Səfərin son ünvanı XVIII əsrdə tikilmiş Şəki Xan sarayı olub. "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən bu abidə Şərq memarlığının nadir incilərindən sayılır.

İki mərtəbəli bina 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadındakı ov və döyüş səhnələri, nəbati və həndəsi naxışlar, mərkəzdəki iri şəbəkə-pəncərə xüsusilə diqqət çəkir. Şəki ustaları burada şüşə və taxtanın birləşməsi ilə heç bir mismar və yapışqan istifadə etmədən naxışlar yaradıblar.

Divarlarda istifadə olunan rənglərin hər birinin mənası var: qırmızı gücü, yaşıl həyatı, sarı isə ipəkçilik ənənəsini simvolizə edir. Sarayın "sadəcə yay sarayı" kimi layihələndirilməsi burada təbii ventilyasiya və sərinlik yaradır.

UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilən Şəki Xan sarayı bu gün yalnız tarixi deyil, həm də şəhərin mədəni kimliyini dünyaya tanıdır.

Biz bu səfərdən Şəkinin həm zəngin mədəniyyətin, həm qədim sənətkarlığın "beşiyi" olduğunu anladıq. Deyə bilərik ki, şəhər təkcə keçmişi deyil, gələcəyin turizm modelini də özündə əks etdirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Dekabr 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri