Icma.az
close
up
RU
Hamamda qətl O, anasının meyitini niyə saxlayırdı?

Hamamda qətl O, anasının meyitini niyə saxlayırdı?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Bu gün məşhur Amerika rejissoru Alfred Hiçkokun anım günüdür.
Kulis.az müəllifin "Psixo" filmi haqqında Sevda Sultanovanın yazısını təqdim edir.

Britaniya və Amerika kinorejissoru Alfred Hiçkok (1899-1980) triller janrının ustalarından biridir.

Katolik ailədə doğulan Hiçkokun atası baqqal olub.
Uşaqlıqda atası dəcəlliyinə görə onu polisə verib və o, on dəqiqə həbsxanada qalıb. Bu hadisə və yezuit kollecində sərt nizam-intizam, qorxu onun dünyagörüşündə dərin iz buraxır. Hiçkokun təqib, əsassız günahlandırmaya görə təlaşa düşən qəhrəmanlarının qorxulu əhvalatları həm də onun uşaqlıq travmalarından qaynaqlanır.

1920-ci ildə Hiçkok kinostudiyada elektrik işləməyə başlayır. Sonra isə reklam bölməsində çalışır. Elə həmin ildə “Famous Players-Lasky” kino-kompaniyasında titr dizayneri, daha sonra ssenarist və rejissor assistenti işləyir.

1926-cı ildə o, ilk trillerini-“Sakin” filmini çəkir.

Britaniya kino tarixində ilk səsli filmi “Şantaj”ı (1929) da məhz Hiçkok lentə alıb.

İkinci Dünya Müharibəsi başlayandan sonra Britaniya kino sənayesində böhran yaşandığına görə Hiçkok Hollivuda gedir. Onun ilk Amerika filmi “Rebekka” “Oskar”a layiq görülür.

Hiçkok filmlərində saspensi – qeyri müəyyənliyi, gərginliyi, həyəcanlı gözləntiləri ustalıqla yaradırdı. Onun bu fəndi ilk səsli filmlərində sezilməyə başladı: “Şantaj”, “Qətl”.

Rejissorun nəqlinin qeyri-standart həlli, dərin psixologizmi (“Arxa pəncərə” (1954) və “Başicəllənmə” (1959) filmləri Avropa art-hous kinosuna təsir elədi.

Sonradan daha eksperimental və heyrətamiz fəndlərdən istifadə edən rejissorun “Psixo” və “Quşlar” ekran işləri də onun yaradıcılığında önəmli yer tutur.

Rejissorun yaradıcılığına alman ekspressionistlərinin təsiri güclü olub. Nuar elementlərindən də yararlanan müəllif xüsusən, səslə daha diqqətlə işləyirdi. Çünki gözlənilməz səs effektləri ekranda göstərilənlərin gərginliyini artırırdı. O, əsasən musiqisi, filmdəki gərginliyi gücləndirən bəstəkar Bernard Herrmannla işləyirdi.

Bir qayda olaraq Hiçkokun süjetləri bir neçə kateqoriyaya bölünür:

- Yanlış olaraq günahlandırılan adamların özləri ədaləti bərpa etmək üçün araşdırma aparır.

- Füsunkar, amma fəlakətə səbəb olan qadın (la femme fatale) sevgilisinə bədbəxtlik gətirir.

- Klassik detektiv, qətlin araşdırılması. Əksər hallarda bu, psixi problemləri olan adamlar tərəfindən törədilirdi.

Rejissorun fəndlərdən biri hadisəni personajın gözü ilə göstərmək idi.

Hiçkok fransız “Yeni dalğa”sının kumirlərindən biri idi. Kommersiya filmləri çəkməsinə rəğmən onu müəllif mövqeyinə görə sevirdilər. Fransua Trüffo onun üslubunda bir neçə film çəkib.

Hiçkokun üslubu eyni zamanda Brayn de Palma və Klod Şabrolun kino-dilinə təsir edib.

“Psixo” (1960) psixoloji tirlleri haqqında

Süjet: Gənc qadın Merion rəisinin ona etibar etdiyi 40 min dolları oğurlayır. O, şəhərdən getmək və sevgilisi ilə yeni həyata başlamaq istəyir. Qaçış zamanı o, moteldə gecələyir. Motelin sahibi, psixi travmaları olan Norman Merionu amansızlıqla qətlə yetirir.

Norman ilk baxışda normal, mehriban adam təsiri bağışlayır. Hadisələrin gedişatında bəlli olur ki, o, çox sevdiyi və onunla despot kimi davranan anasını itirib. Anasının meyitini saxlayan Norman zaman – zaman şəxsiyyətin ikiləşməsinə məruz qalır, gah anası kimi olur, gah da özü kimi... Meriondan xoşu gəlsə də, guya anası onunla söhbət zamanı bunun əleyhinə olduğunu deyir. Və Norman bu səbəbdən Merionu öldürür.

Film amerikalı yazıçı Robert Bloxun eyni adlı romanının sərbəst yozumudur. Amerika qotik ədəbiyyatının (XVIII əsr romantizm dalğasında meydana çıxan ədəbi janr, oxucuda dəhşət, gərginlik hissi yaradır, fövqəladə qüvvələrin, mistikanın, fantastikanın elementlərindən istifadə olunur. Əhvalatlar əsasən qotik üslubda tikilmiş qəsrlərdə baş verir) kodları burda yeni janra transformasiya edilərək, psixoanaliz və trillerlə qarışdırılıb.

Müəllif insanın gizli, qaranlıq tərəflərini, içimizdəki qorxu hissini tədqiq edir. Vanna otağındakı qətl dünya kinosunun ən dəhşətli və məşhur səhnələrindən biridir.

Bu səhnədə o, sürətli, qırıq montajdan istifadə edərək maksimum həyəcan yaradır.

Həmin epizod zamanı dəhşətli səslər skripkanın köməkliyi ilə verilib.

“Psixo”da onun novbəti “Quşlar” filminə göndərişlər var: moteldə quş müqəvvaların təsviri, qətl səhnəsi zamanı həyəcanlı səslərin quş səsinə bənzəməsi və s.

Maraqlı faktlar:

“Psixo” kinoteatrlarda göstəriləndə gecikənləri buraxmırmışlar. Kinoteatrlarda belə elan asılıbmış: ”Biz istəmirik ki, siz özünüzü aldadasız. Siz filmə əvvəldən baxmalısız. Ona görə də film başlayandan sonra buraxılmayacaqsız. Heç kəs üçün istisna olmayacaq: nə kinoteatrın sahibinin qardaşı, nə Amerika prezidenti, nə də İngiltərə kraliçası üçün”.

Kinoteatrın sahibləri pul itkisindən qorxaraq əvvəlcə buna qarşı olsalar da Hiçkok elanın asılmasında israr etmişdi.

***

O, bu romanın ekranlaşdırma hüququnu anonim olaraq Robert Bloxdan 9 min dollara almışdı. Sonra isə rejissor premyeraya qədər romanın bütün nüsxələrini almışdı ki, filmin sonu gizli qalsın.

***

“Psixo”dakı qan şokolad siropudur.

***

Filmin əsasında amerikalı manyak Ed Qeynin əhvalatı dayanır.

***

Hiçkok kameoları (məşhur şəxsin epizodik rolu) ilə məşhurdur və bu, onun üslubunun elementlərindən biridir.

***
Tələbkar və yersiz irad tutduğundan bir çox aktyor onunla əməkdaşlıqdan imtina edib.

***

Qızı Patrisiya Hiçkok da aktrisa olub.

***

55 bədii film çəkib və onlardan çoxu klassikadır.

***

Hiçkok adamyovuşmaz idi. Bioqrafı Donald Spoto “Dahinin gizli tərəfi” əsərində onu amansız və qorxaq adam kimi göstərib. O, həm də pedant idi: personajlarının bütün bioqrafiyasını ən xırda detalına kimi işləyirdi.

***

Rejissor qəribə yumor hissinə malik idi. “39 addım” filminin çəkilişi zamanı açarın itdiyini bəhanə edərək qəhrəmanları bütün günü qandallarda gəzməyə məcbur edib.

Aktrisa Melani Qriffitin 5 yaşı olanda ona anası aktrisa Tippi Xedrenin sifəti olan, oyuncaq tabutda uzanmış gəlincik bağışlayıb.

Bir dəfə isə o, yazıçı Dafna dyu Moryenin ərini maskarada dəvət edir. Başqa qonaqlara isə rəsmi tədbir olacağını deyir. Yazıçının əri ziyafətə türk sultanı geyimində gəlir.

****

O, oval formalı predmetlerdən qorxurdu.

****

Hiçkokun meyiti kremasiya (meyitlərin xüsusi peçdə yandırılması) edildikdən sonra külü Sakit okeana atılıb.

"Ruslar bu populyarlığı öz adına çıxır" - Bir mahnının gücü Ruslan Şahmalıyev Rusiyada vəfat etdi Həmidə Ömərova: "Aktrisalığa pulsuzluqdan qayıtdım" – Müsahibə
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Aprel 2025 18:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri