Hamamda zəhərlənən 14 yaşlı qızın bu görüntüsü ürək dağladı VİDEO
Bakupost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hamamda 19 yaşlı gənclə olarkən zəhərlənən və xəstəxanaya yerləşdirilən 14 yaşlı T.B-nin bir müddət öncə Nail Kərimlinin təqdimatında yayılan videosu yenidən paylaşılıb.
Bakupost.az xəbər verir ki, həmin vaxt açıqlamasında 13 yaşında ərə verildiyini, ərinin isə ona içki içirtdiyi, narkotik çəkdirdiyi haqda danışır.
Heç bir təhsilinin olmadığını bildirən qız anasının şəkər xəstəsi, atasının isə kor olduğunu deyir, küçələrdə yaşadığını, rəfiqələrinin evində yuyunduğunu bildirir və sığınacağa yerləşdirilmək istədiyini dilə gətirir.
Onun sonradan sığınacağa yerləşdirilib-yerləşdirilmədiyi bəlli deyil. Ancaq bu video diqqətdən kənarda qalan kimsəsiz qızın barəsində sosial şəbəkələrdə ittihamedici mövqeyə qarşı yayılıb. Ata-anası olsa da, faktiki olaraq kimsəsiz qalan yeniyetmə haqda daha ədalətli fikir yürütmək və onun taleyinə acımaq əvəzinə sərt ittihamlar səsləndirənlər də qınanılıb.
T.B dilənçiliklə məşğul olduğu və eyni zamanda bir müddət əvvəl Sabunçu rayonu, Balaxanı qəsəbəsində mağazadan oğurluq etdiyi üçün bundan öncə də saxlanılmışdı.
Qeyd edək ki, bir neçə gün öncə Bakıda 19 yaşlı Ağdaş sakini Yusuf Mehmet oğlu Atalay və 14 yaşlı Yevlax sakini T.M.B. Xətai rayonunda kirayədə yaşadıqları evin hamam otağında dəm qazından zəhərləniblər. Hadisə nəticəsində 19 yaşlı Yusif həyatını itirib, 14 yaşlı T.B isə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Asena,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:195
Bu xəbər 01 May 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















