HAMAS ın İsrailə hücumunda şübhəli bilinən şəxs ABŞ da saxlanılıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
2023-cü il oktyabrın 7-də HAMAS-ın İsrailə qarşı hücumunda əli olmaqda şübhəli bilinən Qəzza sakini ABŞ-ın Luiziana ştatında saxlanılıb.
APA xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirlik iddia edir ki, həmin gün şübhəli Mahmud Əmin Yaqub əl-Muhtadi silahlanaraq digər şəxslərlə birlikdə HAMAS-a terror aktını həyata keçirməkdə kömək etmək üçün İsrail ərazisinə keçib.
Məlumata görə Mahmud Əmin Yaqub əl-Muhtadi 2024-cü il sentyabrın 12-də viza üçün müraciət edərkən özü haqqında yalan məlumat verdikdən sonra ABŞ-a daxil olub. O, Fələstinin Azadlığı Uğrunda Demokratik Cəbhənin hərbi qanadının üzvü olduğunu açıqlamayıb.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə silahlı HAMAS tərəfdarları Qəzza zolağından İsrail ərazisinə keçib. Hücum sərhəd icmalarının sakinlərinin öldürülməsi və 250-dən çox insanın girov götürülməsi ilə nəticələnib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 18 Oktyabr 2025 04:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















