HAMAS İsrail avtobusuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb YENİLƏNİB
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
HAMAS İordan çayının qərb sahilində İsrail avtobusuna hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
APA xəbər verir ki, bu barədə HAMAS-ın hərbi qolu olan “İzzəddin Əl-Qəssam Briqadaları” bəyanat yayıb.
Bildirilib ki, atəş açan şəxs 46 yaşlı Samir Məhəmməd Əhməd Hüseyn İzzəddin Əl-Qəssam Briqadalarının üzvü olub.
Qeyd edək ki, Samir Məhəmməd Əhməd Hüseyn hücum yerində İsrail Müdafiə Qüvvələrinin (IDF) hərbçiləri tərəfindən zərərsizləşdirilib.
***
15:32
İordan çayının Qərb sahilində yerləşən Ariel qəsəbəsi yaxınlığında İsrail avtobusuna hücum olub.
APA İsrail mediasına istinadən xəbər verir ki, nəticədə ən azı 9 nəfər yaralanıb.
Yaralananlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir.
İsrail Müdafiə Qüvvələrindən verilən məlumata görə, terrorçu təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 29 Noyabr 2024 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















