HAMAS İsrailin Livandakı düşərgəyə endirdiyi hava hücumu ilə bağlı açıqlama verib
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
HAMAS hərəkatı İsrail ordusunun Livanın cənubundakı Əyn əl-Hilvə qaçqın düşərgəsinə endirdiyi hava hücumu zamanı mülki şəxslərin həlak olduğunu bildirərək hücumu pisləyib.
APA xəbər verir ki, hərəkat bu barədə “Telegram” kanalında açıqlama verib.
HAMAS həmçinin Livandakı Fələstin düşərgələrində heç bir hərbi obyektin olmadığını vurğulayıb.
Bəyanatda qeyd olunur ki, İsrail hökumətinin hücumun hərəkata məxsus təlim mərkəzini hədəf alması iddiası tamamilə uydurmadır və bu qaçqın düşərgələrinə və Fələstin xalqına qarşı təcavüzü haqlı çıxarmaq məqsədi daşıyır.
Açıqlamada hava hücumunun bir qrup gəncin düşərgə qurduğu idman meydançasını hədəf aldığı bildirilir.
Bu mövzuda digər xəbərlər:İsrail ordusu HAMAS ın Livandakı Qərb qanadının liderini zərərsizləşdirib
07 May 2025 12:12
İsrailin Dohaya hücumu Qətərdən sərt açıqlama
09 Sentyabr 2025 20:34
“Livandakı atəşkəsdən məmnunuq”
27 Noyabr 2024 14:15
İsrailin hava hücumu sıradan çıxıb
19 Noyabr 2024 17:39
İsrailin Fələstin düşərgəsinə endirdiyi hava hücumu nəticəsində 11 nəfər həlak olub YENİLƏNİB
19 Noyabr 2025 03:29
Baxış sayı:85
Bu xəbər 19 Noyabr 2025 06:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















