Hamburq hava limanında uçuşlar müvəqqəti dayandırılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Berlin, 3 may, AZƏRTAC
Almaniyanın Hamburq şəhər aeroportunda hava nəqliyyatının hərəkəti kiçik təyyarənin qəza enişi etməsi ilə əlaqədar müvəqqəti dayandırılıb.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, Kann şəhərindən gələn “Socata TBM-700C” markalı təyyarə aeroporta qəza enişi edib. Hadisə nəticəsində təyyarənin ön təkəri sıradan çıxıb. Təhlükəsizlik səbəbi ilə uçuşlar dayandırılıb.
Təyyarənin göyərtəsində iki nəfər olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Qəzanın səbəbləri araşdırılır.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:Kazan hava limanında uçuşlar müvəqqəti dayandırılıb
21 Dekabr 2024 11:53
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
27 Oktyabr 2026 18:37
Hamburq limanında güclü yanğın
25 Avqust 2025 20:41
Hamburq aeroportumda uçuşlar dayandı SƏBƏB
12 İyun 2026 14:11
Böyük Britaniyanın Birminqem hava limanında uçuşlar müvəqqəti dayandırılıb
06 Avqust 2025 18:44
Baxış sayı:157
Bu xəbər 03 May 2026 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















