Hamı bilir ki, dünya kuboku Messiyə qəsdən verildi
Qol.az saytına istinadən Icma.az xəbər verir.
Fransa millisinin sabiq futbolçusu Patris Evra qalmqallı açıqlaması ilə gündəmə gəlib.
QOL.az xəbər verir ki, 43 yaşlı sabiq müdafiəçi Lionel Messinin Argentina yığması ilə DÇ-2022-nin qalibi olmasından danışıb:
“Yaxşı, biz 2018-ci ildə dünya kubokunu qazanmışıq. Amma hamımız bilirik ki, 2022-ci ildə dünya kuboku sadəcə qəsdən Messiyə verildi. Artıq hər şey əvvəlcədən müəyyən edilmişdi. Hətta fransızlar da Messinin qalib gəlməsini istəyirdilər... Startda penalti... Fransa millisinin baş məşqçisi vəzifəsinə Didye Deşamdan sonra kim gəlirsə, şəxsən mən ona uğurlar arzulayıram. İnsanların “Daha bir il yarım dözməliyik” dediklərini eşidəndə, bunu hörmətsizlik əlaməti kimi qəbul etdim".
Xatırladaq ki, DÇ-2022-nin final matçında Argentina millisi Fransa ilə qarşılaşmışdı. Görüşün əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatmışdı. Penaltilər seriyasında isə Argentina üstün olmuşdu.
Baxış sayı:77
Bu xəbər 20 Mart 2025 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















