Icma.az
close
up
RU
Hamı elə bildi AFFA ilə qarşıdurma var Ehtiram Quliyev

Hamı elə bildi AFFA ilə qarşıdurma var Ehtiram Quliyev

Fanat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Misli Premyer Liqasının 25-ci turunda “Turan Tovuz” öz meydanında "Zirə"yə 0:2 hesabı ilə uduzub. Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev "boz qurdlar"ın məğlubiyyəti ilə yekunlaşan qarşılaşmadan sonra jurnalistlər önünə çıxıb.

Fanat.Az-ın əməkdaşının da qatıldığı sual-cavab belə alınıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Maraqlı oyun oldu. Startda bizim oyunumuz alınmadı. İkinci hissə üstünlüyümüz şəraitində keçdi. Çempionatımız elə bir mərhələyə gəlib ki, hər oyun vacibdir. Azerkeşlərimizin qarşısında uduzmaq bizi üzür, amma lazım olan xalları qazanacağıq.

- Ötən həftə AFFA İntizam Komitəsinin klubunuzla bağlı qərarları oldu, 20 min manat cərimə olundunuz. Bu barədə fikirləriniz maraqlıdır. 
- AFFA-nın qərarlarını anlayışla qarşılayırıq. Ölkə futboluna onlar nəzarət edirlər. Amma biz də klubumuzun maraqlarını qorumaq üçün mövqeyimizi bildirmişik və bildirəcəyik. Üzgünük, AFFA ilə dialoqumuzun olduğu ən yaxşı vaxtda belə hal baş verdi. Hər kəs elə bildi qarşıdurma var, əslində belə bir şey yoxdur. Bir çox mövzuda AFFA-nın bizə dəstəyi var. Stadion meyarlarının UEFA standartlarına gətirilməsindən tutmuş kadr potensialındakı çatışmazlıqların aradan qaldırılmasına qədər kömək edirlər. Dialoqumuz yüksək səviyyədə davam edir. Qərarın haqsız olduğunu düşünürük, amma anlayışla qarşılayırıq.

- Apelyasiya verməyəcəksiz? 
- Xeyr. 

- Elə anlaşıla bilər ki, haqsızsınız? 
- Süni gərginlik yaratmaq istəmirik. Elə uyğun hesab ediblərsə, etiraz etmirik. Əslində, böyüdüləsi nəsə yoxdur. 

- Fikrimizcə, yaydığınız bəyanat AFFA, PFL və ya "CBC Sport"a deyil, şübhəli hakimliyə yönəlmişdi. 
- Sadəcə, oyunun təxirə salınmasını istəmişdik. "CBC Sport" da əziyyət çəkir. Onlar kimi, mən də o qar-boranda ora gedə bilmədim. Sadəcə,  düşündük ki, VAR olanda daha ədalətli idarəçilik olar, hakimin hansısa səhvi olsa, onu videotəkrara baxıb düzəıdər. Görünür, etirazımızı düzgün zamanda, düzgün şəraitdə bildirməmişik. 

- AFFA sizdən şübhəli hakimliklə bağlı sübutlar tələb edir... 
- Elə deyil, həmin oyunla bağlı sübut istəyirdilər. Belə bir sübut yoxdur. AFFA-nın yeni baş katibi ilə görüşümüz oldu, aydınlıq gətirdik. Hakimliyimizdə bu mövsüm nəzərəçarpacaq irəliləyiş var. Elə bugünkü oyunu götürək, uduzsaq da bunu deməliyəm ki, idarəçilik normal idi. Əslində, vaxtında yaxşıya yaxşı, pisə pis desək, bu daha məntiqli olar. Daim səhvi qabartsaq, insanlar mövqe seçər, qərəzli oıduğumuz düşünülər. 

- Sosial şəbəkələrdə AFFA-ya etirazlar oldu ki, klubun yeni sponsorunu işdən soyutmaq, uzaqlaşdırmaq istəyirlər... 

- Qətiyyən belə deyil. Azarkeşlərimiz 20 minə görə narahat olmasınlar. AFFA ilə münasibətlərimizdə hər şey qaydasındadır. 

- Komandanın oyun pıanındakı çıxışından razısınız? 
- Bu dəqiqə bizi düşündürən yeganə şey nəticədir. İlboyu çəkilən əziyyətlərin, itkilərin qarşılığını görmək istəyirik. Zamanla oyunumuzun baxımlılığı düzələk. İndi xallar qazanıb hədəfimizə çatmağa köklənmişik. 

Mirağa 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://fanat.az
archiveBu xəbər 05 Mart 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see287

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see285

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see267

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see253

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see244

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see237

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see232

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see227

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see220

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see211

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see198

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see193

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see193

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see192

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see189

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see176

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see175

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri