“Hamı məktəbə yeni formada getməlidir“
Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.
Aşıq Samirə Əliyeva son günlər müzakirələrə səbəb olan məktəbli formasından danışıb.
Axşam.az xəbər verir ki, o, bu barədə 106.3 FM-də qonaq olarkən danışıb. S.Əliyeva bildirib ki, övladları məktəbli forması ilə bağlı qaydalara hər zaman riayət edib:
“Qızım məktəbdə oxuyanda da, indi də oğlum məktəbli forması geyinir. Övladlarımı dövlət məktəbinə göndərmişəm. Nə qərar verilibsə, həmin formanı da almışıq. Hər ailənin fərqli sosial vəziyyəti var, varlısı da, kasıbı da. Uşaq məktəbdə bu fərqi görməməli, ayrı-seçkilik hiss etməməlidir.
Biz hamımız bu vətənin övladları, şagirdləriyik. Aramızda varlı-kasıb fərqi olmamalıdır. İmkan valideynə məxsusdur, uşaqlar bunu düşünməməlidir. Məktəbdə uşaq kiminsə brend, kiminsə ucuz geyim geyindiyini hiss etməməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Oktyabr 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















