Hamı Vasif Adıgözəlova deyirdi ki, oğlunun toyunu niyə Səməd aparır?
Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Müğənni Nazim Pişiyari Xalq artisti Vasif Adıgözəlov və mərhum müğənni Səməd Səmədovla bağlı etiraf edib.
Axşam.az xəbər verir ki, sənətçi bu haqda "Gün ortası" proqramında danışıb. O bildirib ki, V.Adıgözəlovun oğlu Yalçın Adıgözəlovun toyunun S.Səmədov tərəfindən idarə olunması həmin vaxt bir çox sənət adamını təəccübləndirib:
"Səməd Səmədov toy idarə etmə üslubunun cəngavər idi. Toya girəndə elə şou yaradardı ki... O, öz yolunda bayraqdar idi. Cığıq açdı və başında dayandı. Onun dalıyca çox insan getdi, biri də mən. Yalçın Adıgözəlovun toyunu Səməd Səmədov idarə edib. Bütün Azərbaycan mədəniyyətinin qaymaqları həmin toyda əyləşmişdi. Flora Kərimova, Elmira Rəhimova, Fidan və Xuraman Qasımova bacıları, İlhamə Quliyeva... Daha kimlər...
Səmədi görəndə hamı sual verdi ki, Vasif Adıgözəlovun oğlunun toyunu Səməd oxuyacaq? Akif İslamzadə, başqa ifaçılar olan yerdə? Cavab verdi ki, bura saray səhnəsi, flarmoniya deyil, şadlıq evidir. Toydur, buranı bizə karnavala bənzədən yalnız Səmədi gördüm. Bir az keçmişdi İlhamə Quliyeva, Elmira Rəhimova Səmədlə yallı gedirdi".
Baxış sayı:97
Bu xəbər 03 Fevral 2026 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















