Hamı yatanda İkardidən gecə yarısı atmacalı PAYLAŞIM FOTO
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyənin "Qalatasaray" futbol komandasının argentinalı hücumçusu Mauro İkardi haqqında səsləndirilən iddialar və tənqidlərdən sonra gecə yarısı sosial şəbəkədə etdiyi paylaşımla yenidən diqqət mərkəzinə düşüb.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, təcrübəli hücumçu ona qarşı yönələn sərt sözlərə eyni tonda reaksiya verib.
Zədədən sonrakı performansına görə tənqid atəşinə tutulan İkardi sosial şəbəkə hesabında "Görəsən, sabah nə uyduracaqlar?" ifadəsini işlədərək barəsində yayılan xəbərləri hədəf alıb.
"Sarı-qırmızılı" komandada dördüncü mövsümünü keçirən 33 yaşlı futbolçunun gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır. İkardinin müqaviləsi mövsümün sonunda başa çatsa da, klubla hələlik yeni razılaşma əldə olunmayıb.
Qeyd edək ki, argentinalı ulduz bu mövsüm "Qalatasaray" forması ilə 40 matçda 15 qol və iki asistlə yadda qalıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 08 Aprel 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















