Icma.az
close
up
RU
Hamıdan ucadır müəllimin yeri

Hamıdan ucadır müəllimin yeri

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Ümummilli lider Heydər Əliyev Naxçıvanda təhsil aldığı illəri xatırlayaraq bildirmişdi ki, o illər yaddaşından heç vaxt silinmir. Müəllimlərinin də hamısı yadındadır. Hətta hansı binada, hansı sinif otağında dərs keçməklərini, hansı parta arxasında oturduğunu da yaxşı xatırlayır.

Müəllimlərinə həmişə böyük hörmət və ehtiram bəsləyən Ulu öndər onları minnətdarlıqla yad edərək bildirmişdi ki, həyatda qazandığı uğurlar müəllimlərin verdiyi biliklər, ona və digər gənclərə göstərdikləri qayğı ilə bağlı olub. Həmin tələbələr də müəllimə böyük hörmət və ehtiramla yanaşıblar: “Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olmuşdur. Mən bu gün də müəllim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirirəm, bütün Azərbaycan müəllimlərinə öz işlərində uğurlar arzulayıb, cansağlığı və səadət diləyirəm”.

Doğrudan da, xalqımızın böyük oğlu ona həyatda uca mərtəbələrə yüksəlməkdə önəmli yardımçı olmuş, biliklər vermiş müəllimlərini unutmur, onlara yüksək diqqət və qayğı göstərirdi. Prezident Heydər Əliyev Əməkdar müəllim Lətif Hüseynzadənin 100 illik yubileyini təntənə ilə qeyd edilməsi barədə sərəncam vermiş, onu ali “İstiqlal” ordeni ilə təltif etmişdi. Bu qədirbilənlik və alicənablıq hər bir ziyalı üçün yüksək bir örnək, parlaq bir timsaldır. Böyük Nizami isə mənası elmli adam olan müəllimləri nəzərdə tutaraq deyirdi: “Hamıdan ucadır alimin yeri”. Bəli bizə elmlərin qapısını açan müəllimin cəmiyyətdəki yeri hamıdan üstündür.

Mən də orta və ali təhsil illərimin müəllimlərini, elmi rəhbərlərimi, özümə ustad saydığım pedaqoq alimləri sevgi-sayğı ilə yad edirəm. İndi bir çoxu həyatda olmasa da əziz xatirələri həmişə qəlbimdə canlanır, mənə xoş duyğular bəxş edir. Onlar verdikləri bilik və öyüd-nəsihətləri ilə yada düşür, mənəvi ziya saçırlar. Bakı Dövlət Universistetinin fizika fakültəsində təhsil aldığım illərdə başda kvant mexanikasından mühazirələrini dinlədiyim, AMEA-nın müxbir üzvü, mərhum professor Abdulla Muxtarov olmaqla, bütün müəllimlərimi 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günündə ehtiramla xatırlayıb ruhları qarşısında baş əyirəm.

Sonralar, doktorantura illərində, elmi-tədqiqat zamanı daha sıx təmasda olduğum Abdulla müəllimin yetirməsi, AMEA-nın müxbir üzvü, mərhum professor Sabir Hacıyevin unudulmaz müəllim obrazı mənə daim müəllim ucalığını xatırladır. Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunda Nobel mükafatçısı, akademik A. Saxarovun elementar zərrəciklər fizikası laboratoriyasında sıx təmasda olduğum, elm dərsi aldığım mərhum akademik Vladimir Faynberqin fotosu isə BDU Fizika Problemləri İnstitutunun nəzəri fizika şöbəsində lövhədən asılıb, həmişə gözümün önündədir. Burada digər elmi məktəb müəllimlərimdən Rusiyanın görkəmli fizikləri V.Baqrovun, İ.Tyütinin, D.Gitmanın, V.Roçevin də şəkilləri sıralanıb. Elmin vətəni olmadığı kimi, alimin də vətəni olmadığından mən elmi karyeramda rolu olmuş, özümə müəllim saydığım o insanları özümə doğma sayıram.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının son yubiley mərasimində bildirmişdi ki, alimlərin məqalə çap etdirmək xatirinə işləməsi deyil, elmi–tədqiqatları ilə ölkənin iqtisadiyyatına, hərbi qüdrətinə və digər sahələrə fayda verməsi lazımdır. Mənim elmi müəllimlərim də bizi bu ruhda tərbiyələndirirdi. Doğrudan da elm həyatda yüksəliş, yenilik yaratmalıdır. Azərbaycan dövləti elmi qurumları daim buna təşviq edir, qayğı və diqqətini də artırır.

Son vaxtlar dövlət qürumları ilə yanaşı, bəzi özəl müəssisələr də elmlə istehsalatın birgə əməkdaşlığına qoşulublar. Əsas heyəti təhsil işçiləri olan, mənim də təmsil olunduğum” “İSAAC GROUP ACADEMY MMC” qeyd edilən yöndə yeni layihələr işləyib həyata keçirir. Bu elmi qurum Ulu öndər Heydər Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Nəzəri və riyazi fizikanın tərs məsələləri” beynəlxalq konfransının, Bakı Dövlət Universitetində keçirilən “Modern Trends in Physics” requlyar Beynəlxalq konfransın 1 – 12-ci sessiyalarının əsas təşkilatçılarından biri, “FRÇ – Fizika və Riyaziyyatda Çalışmalar” Beynəlxalq İşçi Seminarının, Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə birlikdə keçirilən “IPM:Təbiətdə fövqəladə hadisələr və onların elmi təsviri” mövzusunda I Beynəlxalq İşçi Seminarın əsas təşkilatçısı olmuşdur.

Təşkilat Komitəsinin fəxri sədri fövqəladə hallar naziri, general–polkovnik Kəmaləddin Heydərov olan sonuncu seminarda ölkəmizin təhsil və elmi müəssisələrinin aparıcı mütəxəssisləri ilə yanaşı, Türkiyə, Pakistan, Rusiya və Gürcüstanın da mütəxəssisləri iştirak edirdilər. Elmi məclisdə Xəzər dənizinin səviyyəsinin dəyişməsi amilləri, ölkə ərazisində yağıntıların lokal nizamlanması problemləri, Cənubi Qafqazda təbii fəlakətlər, radiasiya materialşünaslığı və monitorinqi, alternativ enerji mənbələri, riyazi modelləşdirmə, pilotsuz uçuş aparatları, iqtisadi fizika, tibbi fizika və peşə xəstəlikləri, təhsilin və təlimin fəlsəfi-tarixi aspektləri mövzularında OFFLINE və ONLINE rejimlərdə maraqlı məruzələr edildi, ölkə Prezidentinin yuxarıda qeyd etdiyi çağırışı layiqincə cavablandırıldı.

Ölkəmizdə də ümumxalq təntənələri ilə qeyd edilən bu əziz bayram günündə ölkə müəllimlərini elmi ictimaiyyət adından səmimi təbrik edir, onların müstəqil dövlətimizdə sivil inkişaf və ümumi tərəqqiyə verdikləri töhfəni minnətdarlıqla qeyd edir və xoş arzularımı çatdırıram.

Rauf CƏFƏROV,
Bakı Dövlət Universitetinin professoru, “İSAAC GROUP ACADEMY” Elmi Cəmiyyətinin rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Oktyabr 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri