Icma.az
close
up
RU
Hamilə ölümləri niyə artıb? AÇIQLAMA

Hamilə ölümləri niyə artıb? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Son günlər ölkədə iki hamilə qadının həyatını itirməsi ilə bağlı yayılan xəbərlər cəmiyyətdə ciddi narahatlıq yaradıb. Bu cür faciəvi hadisələr hamiləlik və doğuş prosesinin nə qədər həssas və diqqət tələb edən mərhələ olduğunu bir daha xatırladır.
Ginekoloq Gülçin Rzayeva Demokrat.az-a açıqlamasında deyib ki, hamiləlik fizioloji proses olsa da, bəzi hallarda risklər arta bilər:
“Ən təhlükəli səbəblərdən biri ağır qanaxmadır, xüsusilə doğuş zamanı və doğuşdan sonra baş verən qan itkisidir. Digər ciddi səbəb yüksək təzyiq və preeklampsiyadır ki, vaxtında nəzarət olunmazsa həyati təhlükə yarada bilər. Tromboz, yəni qan laxtalanması da hamiləlikdə risk faktorudur. Bəzi qadınlarda gizli ürək xəstəlikləri hamiləlik zamanı ağırlaşa bilər. İnfeksiyalar da vaxtında müalicə edilmədikdə ciddi nəticələr verə bilər. Əgər hamiləlik erkən dövrdən həkim nəzarətində olarsa bu halların çoxunun qarşısını almaq mümkündür”.
Həkim bildirib ki, mütəmadi müayinələr gecikdirilməməlidir:
“Təzyiq və analizlər diqqətlə izlənməlidir. Riskli hamilələr xüsusi qrup kimi müşahidə olunmalıdır. Doğuş zamanı tibbi heyət hazır olmalı və təcili müdaxilə imkanı təmin edilməlidir. Doğuşdan sonra qadın ən azı bir müddət nəzarətdə saxlanmalıdır. Ən vacib məqam isə hər hansı narahatedici əlamət olduqda vaxt itirmədən həkimə müraciət etməkdir. Erkən nəzarət və düzgün tibbi idarəetmə bu faciələrin qarşısını xeyli azalda bilər”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Mart 2026 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see414

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see286

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see262

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see237

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see231

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see223

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see211

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see206

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see203

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see202

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see195

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see189

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see189

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see187

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see187

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see182

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see182

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see181

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see175

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri